Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-706/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Naxçıvan MR, Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 03 mart 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1385/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2(005)-498/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Şəhəri Xətai Rayon 2(11)-2816/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədləri üzrə Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, barəsində İXM-nin 528.1ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X8 protokola uyğun izahat verərək bildirdi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1385/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ******* manat məbləğində pul vəsaiti tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən maddi zərərin əvəzi kimi 3.155 (üç min yüz əlli beş) manat iddiaçı X3 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2816/14 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X4 ölməsi nəticəsində ailə başçısının itirilməsinə görə xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşına qədər saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 500 manat məbləğində pul vəsaiti borclu "xxxx" MMC-dan tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, bildirişlə birgə icra sənədi üzrə borclu "xxxx" MMC-yə göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, bu zaman onun adına tələbin yönəldiləcəyi əmlak və pul vəsaiti aşkar edilməmişdir. İcra tədbirləri nəticəsində borclu "xxxx" MMC-yə məxsus bank hesablarına inkasso sərəncamı qoyulmuş, lakin bank hesabları bağlı olduğu üçün icra sənədi icra olunmadan geri qaytarılmışdı. Məlum icra sənədləri üzrə borclu "xxxx" MMC-nin yaranmış borc öhdəliklərindən heç bir rəsmi ödəniş etməmiş, hazırki tarixə ******* manat ödənilməmiş borc öhdəliyi qalmışdır.Buna görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, məhkəmə qərarlarının icrasından boyun qaçırmır, lakin maddi çətinlik çəkdiyi üçün pulu ödəyə bilməmişdir. Yekun olaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2816/14 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X4 ölməsi nəticəsində ailə başçısının itirilməsinə görə xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşına qədər saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 500 manat məbləğində pul vəsaiti borclu "xxxx" MMC-dan tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2014-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2816/14 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən " X4 ölməsi nəticəsində ailə başçısının itirilməsinə görə xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşına qədər saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 500 manat məbləğində pul vəsaiti borclu "xxxx" MMC-dan tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli, bildiriş məktubundan görünür ki, cavabdeh Şəxs könüllü şəkildə icra sənədinin icra etməsi tələb olunmuşdur Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1385/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ******* manat məbləğində pul vəsaiti tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1385/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ******* manat məbləğində pul vəsaiti tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli, bildiriş məktubundan görünür ki, cavabdeh Şəxs könüllü şəkildə icra sənədinin icra etməsi tələb olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən maddi zərərin əvəzi kimi 3.155 (üç min yüz əlli beş) manat iddiaçı X3 xeyrinə ödənilməlidir “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" MMC-dən maddi zərərin əvəzi kimi 3.155 (üç min yüz əlli beş) manat iddiaçı X3 xeyrin ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, bildiriş məktubundan görünür ki, cavabdeh Şəxs könüllü şəkildə icra sənədinin icra etməsi tələb olunmuşdur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunu ödəməmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-706/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-706/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver