Məhkəmə qərarları › İş №3(005)-709/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-709/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-709/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 01400-01306/23 nömrəli, 22 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şimal Ərazi Bas Gömrük idarəsi, Gömrük Prosedurları və ödənişləri Şöbəsinin xx.xx.2022-ci il tarixli, 34/012/010153 saylı raportunun icrası ilə əlaqədar olaraq bildirirəm ki, Şəxs MMC tərəfindən 2022-ci il tarixdə 2 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 63557,65 ABŞ dolları (108048 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemin”-dən əldə etdiyimiz məlumata əsasən, Şəxs MMC-nin ********** saylı VÖEN-lə ünvan 1 ünvanında qeydiyyata alınmış, fəaliyyəti aktivdir, hüquqi şəxsin rəhbəri Azərbaycan Respublikası vətəndaşı, şəxsiyyət vəsiqəsi seriya nömrəsi AZE AA3037528 olan, doğum tarixi xx.xx.1987-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Musayev Orxan inqilaboviçdir. Aparılan araşdırma ilə əlaqədar, Şəxs MMC-nin nümayəndəsi və rəhbəri Musayev Orxan inqilaboviç Şimal Ərazi Baş Gömrük idarəsinə dəvət olunmuş, lakin, MMC-nin nümayəndəsi və rəhbəri Musayev Orxan inqilaboviç çağırış üzrə gəlməmiş və 63557,65 ABŞ dolları (108048 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülməməsinin səbəbini də bildirməmişlər, Dövlət Gömrük Komitəsinin “X1 Sistemin”-dən əldə etdiyimiz məlumata əsasən, 1718,29 ABŞ dolları (2921,09 manat) məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmüşdür. Beləliklə də, Şəxs MMC tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyanamələr üzrə köçürülməli olan 1718,29 ABŞ dolları (2921,09 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə olardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə "xxxx" MMC-nin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2022-c il tarixli raportdan görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) 2022-ci ilin iyun ayında Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi müxtəlif “meyvə” məhsullarının Rusiya Federasiyasına 2 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 63557,65 ABŞ dolları dəyərindəki (108048,00 manat) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 1718,29 ABŞ dollarının 30 (otuz) faizi inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə və İXM-nin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 1718,29 ABŞ dollarının 30 (otuz) faizi, yəni 515,487 (beş yüz on beş dollar dörd yüz səksən qəpik) ABŞ dolları məbləğində (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar