Məhkəmə qərarları › İş №3(005)-709/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-709/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-709/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin 14 fevral 2025-ci il tarixli MN №1807834 saylı inzibati tənbeh haqqında qərarına əsasən "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş hesab edilmiş, barəsində 1500.00 (bir min beş yüz) AZN məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin 14 fevral 2025-ci il tarixli MN № ******* saylı qərarı əsassız olduğundan ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərarda istinad olunan pozuntu “İşçilərin istehsalatda bədbəxt hadisə ilə peşə xəstəlikləri” nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığortalanmasının təmin edilməməsi barədə icbari sığorta bürosu tərəfindən ƏƏSMN yanında X5 Xidmətinə ötürülmüş məlumat Məhkəmənin diqqətinə çatdırıram ki, "xxxx" MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 255-ci maddəsinin tələblərinə uyğun olaraq istehsalatda bədbəxt hadisə ilə peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” İcbari sığorta barədə "xxxx" sığorta şirkəti ASC ilə xx.xx.2022 tarixli **********440 №-li müddətsiz elektron müqavilə bağlamışdır. Müqavilə hal-hazırda da qüvvədədir və 2022-ci ildən 2025-ci ilə kimi mütəmadi olaraq "xxxx" MMC tərəfindən sığorta ödənişləri həyata keçirilmişdir. İnzibati orqan tərəfindən inzibati protokol üzrə araşdırma prosesi zamanı MMC tərəfindən yuxarıda göstərilən halları təsdiq edən bütün sənədlər- inzibati sığorta haqqında xx.xx.2022-ci il tarixli **********440 №-li müqavilənin surəti, 2022-ci ildən 2025-ci ilə kimi həyata keçirilən bütün sığorta ödənişləri barədə "xxxx" ASC-nin təqdim etdiyi bank çıxarışları, "xxxx" MMC ilə "xxxx" sığorta şirkəti ASC arasında xx.xx.2022-ci il tarixli XH********** saylı “İstehsalatda bədbəxt hadisə ilə peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsinin bağlanması və hal-hazırda da qüvvədə olması barədə "xxxx" sığorta şirkəti ASC-nin xx.xx.2025-ci il tarixli məktubu, ƏƏSMN yanında X3 təqdim edilmişdir. Bütün qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, X1 hərəkətlərində Azər.Res. İXM-nin 469.2-cü maddəsi ilə nəzərdə lutlmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığına görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, inzibati tənbeh haqqında qərar əsassız olaraq qəbul olunmuşdur. Belə ki, müəssisədə fəaliyyət göstərən bütün işçilərin hazırda hamısı sığortalanmışdır. Məhkəməyə müvafiq sənədləri təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X7 verilmiş şikayətə etiraz edib qəbul edilmiş qərarın qanuni olduğunu bildirərək qeyd etmişdir ki, müvafiq araşdırma aparılmış və aşkar edilmiş pozuntu əsasında da vəzifəli şəxs X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, qərar qanuni və əsaslı olduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Xalq Həyat” sığorta şirkəti arasında xx.xx.2022-ci il tarixli XH********** saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək fəaliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən MMC tərəfindən sığorta şirkətinə illər üzrə müvafiq ödənişlər edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində AR İXM-nin 469.2-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar