Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-71/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X1 iştiarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 267840.00 Avro məbləğində olan vəsaiti bank hesabından 23 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 26784.00 Avro hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs MMC 267840.00 Avro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müdət keçsə də, 267840.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, müvafiq əməliyyatlar nəticəsində SİM-TRANS şirkətindən 05.08.22,№22CT-39 saylı kontrakta əsasən tərəfimizdən alınaraq satılan mallar müqabilində 742 423,50 AVRO məbləğində vəsait xaricdən valyuta şəkilində ölkəyə daxil olmuş və xx.xx.2022-ci il tarixli 22CT-50 saylı kontrakta əsasən SİM-TRANS şirkətinə ödənilən məbləğ 707 265,00 AVRO (0 cümlədən, xx.xx.2022-267 840,00 AVRO) olmuşdur, yəni ödənilən məbləğ daxil olan məbləğdən azdır. Bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş müxtəlif tarixli ödəniş tapşırıqlarından həmçinin müəssisə tərəfindən verilmiş ərizədən də görünür ki, İM-TRANS şirkəti ilə müqaviləyə (05.08.22, № 22CT - 39) əsasən, sonradan ödəniş şərti ilə 3030 ton 42709048,20 RUB dəyərində buğda alınıb və 3 (üç) deklarasiya əsasında təqdim olunmuşdur: 1. 10131010/250822/3388516 - 12 634 566,30 RUB, 2.10131010/250822/3388652- 14404068,00RUB, 3. 10131010/260822/3388914 - 15 670 413,90 RUB Alman buğda məhsulu İMLİTEX AQRO şirkətinə xx.xx.2022 tarixli AQRO/22/07-07/1 saylı müqaviləyə əsasən Latviyiya 742423,50 AVRO dəyərində satılmışdır və vəsait DİBA MMC-nin ABB-da olan cari hesabına ödənilmişdir: 1.xx.xx.2022-219 630,25 AVRO, 2.xx.xx.2022 - 250 390,00 AVRO, 3.xx.xx.2022 - 100 000,00 AVRO, 4.xx.xx.2022 - 172403,25 AVRO DİBA MMC - nin SİM-TRANS şirkətinə mövcud olan 42 709 048,20 RUB borcdan xx.xx.2022-ci il tarixdə 10 000,00 ABŞ dolları (599 974,27 RUB əvəzi) ödəniş edilmişdir. (10131010/250822/3388516-12 634 566,30 RUB deklarasiya üzrə borcu azalaraq, 12 034 592,03 RUB təşkil etmişdir). DİBA MMC ilə SİM-TRANS şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22CT-50 saylı kontrakta əsasən avans ödənişi aparılmışdır: 1. xx.xx.2022-146 475,00 AVRO, 2.xx.xx.2022- 292 950,00 AVRO, 3. xx.xx.2022-267 840,00 AVRO Cəmi: 707265,00 AVRONəticədə 2 şirkət arasında qarşılıqlı borc yaranmışdır. xx.xx.2022-ci il tarixdə qarşılıqlı razılaşma əsasında borcların əvəzləşdirilməsi qərara alınmışdır. SİM-TRANS şirkətinə xx.xx.2022-ci il tarixli 22CT-50 saylı kontrakta əsasən ödənilmiş 707 265,00 AVRO (0 cümlədən, xx.xx.2022 -267 840,00 AVRO) 05.08.22, №22CT- 39 saylı kontrakta əsasən deklarasiyalar üzrə DİBA MMC-nin SİM-TRANS şirkətinə olan borclarla əvəzləşdirilmişdir: 1. 10131010/250822/3388516-12 034 592,03 RUB/59,5082=202 234,18 AVRO, 2. 10131010/250822/3388652-14 404 068,00 RUB/59,5082=242 051,82 AVRO 3. 10131010/260822/3388914-15 670 413,90 RUB/59,5983=262 933,91 AVRO 707 219,91 AVRO (0 cümlədən,xx.xx.2022-267 840 AVRO) borca silinmiş dir, 45.09 AVRO sonrakı əməliyyatlar nəticəsində əvəzləşmə aparılması qərara alınmışdır. Bu əməliyyatlar nəticəsində SİM-TRANS şirkətindən 05.08.22,№22CT-39 saylı kontrakta əsasən tərəfimizdən alınaraq satılan mallar müqabilində 742 423,50 AVRO məbləğində vəsait xaricdən valyuta şəkilində ölkəyə daxil olmuş və xx.xx.2022-ci il tarixli 22CT-50 saylı kontrakta əsasən SİM-TRANS şirkətinə ödənilən məbləğ 707 265,00 AVRO (0 cümlədən, xx.xx.2022-267 840,00 AVRO) olmuşdur, yəni ödənilən məbləğ daxil olan məbləğdən azdır. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara sasən Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-71/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-71/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver