Məhkəmə qərarları › İş №3(005)-710/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-710/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-710/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Protokol tərtib etmiş orqan Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində protokol tərtib olunmuş şəxs Şəxs nümayəndəsi və vəkili “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 protokol tərtib edərək məhkəməyə göndərmiş oluduğu xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)- 319/2024 saylı icra sənədinin icrası ilə bağlı hüquqi şəxsin rəhbəri Şəxs tərəfindən icra edilməmiş, bununla da icra məmurunun qanuni tələblərinə əməl edilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 Bəhruz İldırım oğlu barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili X7 tərtib olunmuş protokola etiraz edərək, bildirmişdir ki, Şəxs hazırda "xxxx" MMC-in əməkdaşı deyildir. xx.xx.2024-cü il tarixdən onun fəaliyyətinə xitam verilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-319/2024 saylı İcra Vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci ii tarixli, PDL - 21/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli iblidai məktəbin tikinti-quraşdırma işlərinə göra smeta dəyəri ƏDV daxil 61496,40 manat; əlavə xərclərə görə ƏDV daxil 25215 manat, borcun gecikdirilməsinə görə 13524 manat faiz borcu; xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikintiquraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80344,54 manat, əlavə xərclərə görə ƏDV daxil 71373,48 manat, borcun gecikdirilmaəsinə görə 23003 manat faiz borcu; xx.xx.2020-ci il tarixli, PDL-52/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə smeta dəyəri üzrə ƏDV daxil 52124,98 manat, əlavə xərclərə görə ƏDV daxil 75816,18 manat, borcun gecikdirilməsinə görə 17099 manat faiz borcu və ödanilmiş dövlət rüsumunun əvəzi olaraq 710 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətina ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdeh 'Modenco" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkazinin (Büdca tasnifatıniı kodu 142595, Büdca səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab:AZ34CTRE********************) hesabına köçürülməsi qeyd edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, borclu "xxxx"-MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-319/2024 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Şəxs xx.xx.2024-cü il tarixindən "xxxx"-MMC ilə bağlı olan əmək münasibətlərinə xitam verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan Şəxs "xxxx" MMC-in vəzifəli şəxsi olması aşkar edilməmişdir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri kimi göstərilmiş Şəxs qeyd edilən icra sənədinin icrası üzrə cavabdeh şəxs olmadığından icra vərəqəsinin icrası ilə bağlı heç bir məsuliyyət daşımadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixli icra sənədini icra etməli olan cavabdeh şəxs deyildir və qeyd edilən icra vərəqəsi üzrə borcu ödəmək onun öhdəliyində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu "xxxx" MMC-nin rəhbəri Şəxs xx.xx.2024-cü il tarixli icra sənədini icra etməli olan cavabdeh şəxs olmaması səbəbilə onun barəsində başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin rəhbəri kimi göstərilmiş Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar