Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-712/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 10.04.2021-ci il tarixdə “TOYOTA COROLLA” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə sayrışan işıqlar quraşdırmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən 21 fevral 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, şəxsi qarajında sayrışan işıqlardan istifadə etmişdir. Əməlindən peşmanlıq çəkir. Son olaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş 21 fevral 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.04.2021-ci il tarixdə “TOYOTA COROLLA” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə sayrışan işıqlar quraşdırmışdır. 21 fevral 2022-ci il tarixli aktdan görünür ki, Şəxs məxsus “TOYOTA COROLLA” minik markalı, **-LY-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə quraşdırılmış sayrına işıqlar Bakı şəhər BPİ DYP-nin maddi sübutların saxlanc otağında təhvil verilmişdir. 01 ədəd CD diskdən görünür ki, “TOYOTA COROLLA” minik markalı, **-LY- ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə sayrışan işıqlar quraşdırılmış və həmin işıqlar polis əməkdaşı tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi, onun məhkəmə iclasında etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş akt, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək “TOYOTA COROLLA” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə quraşdırılmış və hazırda Bakı şəhər BPİ DYPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan sayrışan işıqlar müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov Etiraz daxil olmadı. Sədrlik edən izahat üçün barəsində inzibati icraat aparılan şəxsə izahat vermək üçün söz verir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatı: - Hörmətli hakim! barəmdə tərtib edilmiş inzibati protokola dair heç bir etirazım yoxdu. Belə ki, mən həqiqətən də 29 noyabr 2019-cu il tarixdə, saat 17:50 radələrində “MERCEDES BENZ S400” minik markalı, **-CC-*** nəqliyyat vasitəsinə sayrışan işıq siqnalı təchiz etmişdim. Daha sonra həmin sayrışan işıqları Bakı şəhər BPİ DYPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verildi. Barəmdə tərtib edilmiş protokol üzrə cərimə borcumu ödəməyə hazıram. Sual daxil olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisinə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni təmsilçisi: Hörmətli Hakim! Barəmdə ədalətli qərar qəbul edilməsini xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 15:30-da bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclasının katibi:
Məhkəmə qərarları › İş №3(005)-712/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-712/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver