Məhkəmə qərarları › İş №3(005)-714/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-714/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-714/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5, X1 nümayədəsi və vəkili Nümayəndə iştirakları ilə X1 nümayədəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş İXM-nin 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında EP № ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayədəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş İXM-nin 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında EP № ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 qardaş Türkiyə Respublikasının hüquqi şəxsi olan “X14.Ve Tic.A.Ş” Azərbaycan Respublikasında rəsmi distributorudur. Əsas fəaliyyəti “Saflon” brendinə məxsus malları Azərbaycan Respublikasına idxal edib satışını təmin etməkdir. “X14.Ve Tic.A.Ş” isə öz növbəsində Azərbaycan Respublikasında olan rəsmi distributoru X6 “Saflon” brendinə məxsus malların satışını artırmaq məqsədilə brendin tələblərinə uyğun reklam və marketinq xidmətlərində dəstək göstərir. X7 xx.xx.2021-ci il tarixdə “X14.Ve Tic.A.Ş” 79863.60 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. Həmin məbləğdən 39981,40 ABŞ dolları məbləğində mal ölkə ərazisinə idxal edilmişdir. Qalan 39882,20 ABŞ dolları məbləğində isə “X14.Ve Tic.A.Ş”dən reklam və marketinq xidmətləri göstərilmişdir. Bununla bağlı “X14.Ve Tic.A.Ş” ilə X7 arasında distributor müqaviləsi mövcuddur və xidmətin göstərilməsinə dair akt təqdim edilmişdir. X3 xx.xx.2021 -ci il tarixdə “Gültekinler Lojistik A.Ş” 50163.55 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. Həmin məbləğdən 19668,96 ABŞ dolları məbləğində mal ölkə ərazisinə idxal edilmişdir. Qalan 30494,59 ABŞ dolları məbləğində isə “Gültekinler Lojistik A.Ş”dən yük daşıma xidmətləri göstərilmişdir. Bununla bağlı “Gültekinler Lojistik A.Ş” tərəfindən xidmətin göstərilməsinə dair akt təqdim edilmişdir. Bununla bağlı sənədlər müvafiq Banka təqdim edilmişdir. Lakin həmin sənədlər əsassız olaraq nəzərə alınmadan X4 barəsində EP № ******* saylı və EP № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarlar qəbul edilmişdir. Həmin qərarlar rəsmi qaydada xx.xx.2024-cü il tarixdə şikayətçiyə poçt vasitəsilə təqdim edilmişdir. X2 pul vəsaitinə uyğun mallar idxal etmiş və xidmətlər almışdır. Belə olan halda İXM 430.4-cü maddəsinin tərkibi yaranmır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP № ******* saylı və EP № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 nümayədəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən X7 barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında EP № ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə razı deyil. Məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X8 çıxış edərək bildirmişdir ki, şikayət əsassızdır. Bu səbəbdən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş EP № ******* saylı xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X7 3,049.46 ABŞ dolları məbləğində cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, X7 tərəfindən "xxxx" ASC-də olan hesabdan 79863.6 ABŞ dolları məbləğində pul vəsaiti “X14.VE TİC.A.S”-nin “X11 A.S.”-də olan hesabına köçürülmüşdür; xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, X7 və “X14.VE TİC.A.S” arasında sənaye məhsullarının alğı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında sənədlərdən görünür ki, X7 və “Gültekin Lojistik A.Ş” arasında № 58 saylı bağlanmış müqavilədən görünür ki, X7 və “Gültekin Lojistik A.Ş” arasında həyata keçirilən xidmətlərin dəyəri 50000 ABŞ dollarıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə hesab edir ki, X4 tərəfindən inzibati xətaya yol verilməməsi, həmçinin inzibati icraat qaydalarının pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı sübutla əsaslandırılmamışdır. Belə ki, məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, X12 50163.55 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 30494.59 ABŞ dolları valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə törədilmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şika İXM-nin yətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 nümayədəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş İXM-nin 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında EP № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 nümayədəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mərkəzi Bankının tərəfindən qəbul edilmiş İXM-nin 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında EP № ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar