Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-714/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 18 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərara dair barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış X2 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 18 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərara dair barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış X3 şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixində X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində vəzifəli şəxs kimi protokol tərtib edilmiş və bunun əsasında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, o "xxxx" MMC-nin direktoru kimi X5 xx.xx.2024-cü il, X12, X9, Pərviz Əhməd oğlu, və X10 isə xx.xx.2025-ci il tarixdən Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişəm. Qərar tamamilə əsassızdır və qanunsuz olaraq tərtib edilmişdir.Belə ki, həmin şəxslər "xxxx" MMC-nin işçiləri olmuş və onlarla rəsmi şəkildə əmək müqaviləsi bağlanılaraq işə cəlb edilmişlər. Sonradan öz ərizələri ilə işdən azad edilmişlər və onlarla olan əmək müqavilələrinə xitam verilmişdir. Əmək müqavilələrinə xitam verildikdən sonra onlarla onun arasında heç bir əmək və ya digər münasibət mövcud olmamışdır. X15 Xidmətinin Bakı şəhər İdarəsi sadəcə portalda olan məlumatlara əsasən belə bir qərara gəlmiş və tənbeh tədbiri tətbiq etmişdir. Həmçinin bu məsələ ilə bağlı İdarə tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və material baxılmaq üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov rayon Məhkəməsində işin halları araşdırılmış, bütün sübutlar təqdim edilmişdir. Nəticədə Nərimanov rayon Məhkəməsinin hakimi Xalidə Əlisoy tərəfindən 3(005)-466/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərar ilə iş üzrə icraata xitam verilmişdir. Buradan da görünür ki, həmin inzibati tənbeh vermə haqqında qərar qanunsuz qəbul edilmişdir.Bu səbəbdən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərəfindən ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X18 məhkəmə iclasında X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsitərəfindən qəbul olunmuş 18 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı müdafiə edərək X2 şikayət ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan məhkəmə prosesinin davam etdirilməsini uyğun hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 18 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X13 xx.xx.2024-cü il tarixdən, X12, X9, X14 və X17 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. X1 tərəfindən AR İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati məsuliyyətə cəlb olunaraq 3000 manat cərimə edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, X2 əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən müəyyən olundu ki: Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X13 "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X14 "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X17 "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-466/2025 saylı qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, qeyri-dəqiq məlumat əsasında protokol tərtib edilmiş, X13, X12, X9, X14, X6 hansı işə cəlb olunması məsələsi araşdırılmadan, ümumiyyətlə qeyd olunan şəxslərin işə cəlb olunub-olunmaması, həmin vaxt harada işləməsi müəyyən edilmədən səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilməsi nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 192.1-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 186-cı maddəsinə əsasən:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən X3 tərəfindən X13 xx.xx.2024-cü il tarixdə, X17 xx.xx.2025-ci il tarixdə, X14 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam vermilmiş,bununla da AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinin pozulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 18 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilərkən X13 xx.xx.2024-cü il tarixdə, X17 xx.xx.2025ci il tarixdə, X14 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsini nəzərə almamışdır. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)- 466/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsi qeyd edilən müəssisənin direktoru X2 əməlində inzibati xəta tərkibinin olmamasını bir daha təsdiq edir. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən AR İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi və inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilməsi əsassızdır. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün X3 inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Şikayət təmin olunsin. X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 18 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim : Gültəkin Əsədova