Məhkəmə qərarları › İş №3(005)-717/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-717/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-717/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X4 şöbəsinin təhqiqatçısı X6, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X4 şöbəsinin təhqiqatçısı X8 tərəfindən tərtib edilmiş 23 fevral 2023-cü il tarixli 00100-00536/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/003804 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsi”-nin (VÖEN: **********) ünvanına X2 “X9 Ticaret Limited” şirkətinin tapşırığı ilə “Pentagon Freight Services LLC” şirkətindən 99SX232/99ZF323 nömrə nişanlı nəqliyyat vasitəsinin üzərində olan SEKU ******* saylı konteynerdə gətirilən, S00589017 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə müşayiət edilən və **********7527 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların rəsmiləşdirilməsi zamanı XİFMN üzrə kodunun müəyyənləşdirilməsi məqsədi ilə X5 idarəsinə müraciət edilmiş, həmin idarədən daxil olmuş 2200-012/0xx-xx/000685 saylı xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində S00589017 nömrəli xx.xx.2022-ci il tarixli invoys ilə müşayiət edilən və **********7527 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallardan sözügedən bəyannamənin 2-ci, 6-cı, 7-ci, 12-ci, 14-cü, 15-ci mal mövqeyində göstərilən malların XİFMN kodunun bəyan edildiyindən fərqli olduğu müəyyən edilmiş və belə olan halda əlavə gömrük ödənişləri yaranmışdır. Bununla da, X5 idarəsinin rəyinə əsasən S00589017 nömrəli 108.11,2022-ci il tarixli invoys sənədi üzrə idxal edilən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Geofizika və Geologiya idarəsi” (VÖEN: **********) tərəfindən **********7527 i saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallardan bəzilərinin, sözügedən | bəyannamənin 2-ci, 6-cı, 7-ci, 12-ci, 14-cü, 15-ci mal mövqeyində göstərilən malların XİFMN kodu bəyan edildiyindən fərqli olduğu müəyyən edilmiş və belə olan halda idxal gömrük rüsumu üzrə { 6255.4 AZN, ƏDV üzrə 1046.52 AZN, elektron gömrük xidməti haqqı üzrə 30 AZN, elektron gömrük xidməti üzrə 5.4 AZN, ümumilikdə 7337.32 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya İdarəsi” (VÖEN: **********) **********7527 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 7337.32 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bundan əvvəl **********2746 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə 3474.98 AZN məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsi" (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə 00100-00390/23 saylı iş üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya İdarəsi” (VÖEN: **********) barəsində 00100-00390/23 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/00507 nömrəli xx.xx.2023-cü il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X4 şöbəsinin təhqiqatçısı X8 protokolun məzmununa uyğun çıxış edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi heç də gömrük ödənişlərinin ödənilməsindən yayınmamışdır. AR Gömrük Məcəlləsinin 238.2-ci maddəsinə əsasən, gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Bakı Baş Gömrük İdarəsi (bundan sonra-BBGİ) GM-nin 238.2, 242.4, 242.5, 243.1-ci maddələrinin, həmçinin Vergi Məcəlləsinin 65.1-ci maddəsinin tələblərinə əməl etməmiş, gömrük borcunu hesablamamış və həmin borcun ödənilməsinə dair vergi ödəyicisinə - GGİ-yə heç bir bildiriş göndərməmişdir. BBGİ inzibati xəta haqqında protokol tərtib etməkdən öncə **********7527 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallardan bəzilərinin -2-ci, 6-cı, 7-ci, 12-ci, 14-cü, 15-ci mal mövqeyində göstərilən mallara görə gömrük ödənişi üzrə borcun yaranması barədə GGİ-yə heç bir məlumat verməmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, GGİ-nin gömrük ödənişi ilə bağlı öhdəliyi və mülki vəzifələri yaranmamışdır(AR Mülki Məcəlləsinin 14 cü maddəsi). BBGİ-nin protokoluna görə, GGİ-nin nümayəndəsi Sunay Qasımov verdiyi izahatında X5 idarəsinin rəyinə əsasən **********7527 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 2-ci, 6-cı, 7-ci, 12-ci, 14-cü, 15-ci mal mövqeyində bəyan edilən yüklərin bəyan edilən kod altında deyil, fərqli kod altında sinifləşdirildiyini öyrəndiklərini və həmin idarənin rəyinə əsasən malların kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərini şirkət olaraq ödəməyə hazır olduqlarını bildirmişdir. Prokolun bu hissəsi ilə bağlı bildirirəm ki, Sunay Qasımovun izahatı təhrif olunmuşdur. Bununla yanaşı, hüquqi şəxsin rəhbəri (idarə rəisi) kimi mən nümayəndəyə yalnız idarənin hüquq və mənafelərinin müdafiə olunmasını etibar etmişəm. Bu məzmunda izahat verməyə onun səlahiyyəti olmamışdır, deməli, izahatı da etibarsızdır. Beləliklə, GGİ heç bir inzibati xəta törətməmişdir, buna görə də təqsiri sübuta yetirilməmişdir, bu səbəbdən də inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Geofizika və Geologiya İdarəsinin ünvanına 99SX232/99ZF323 nömrəli nəqliyyat vasitəsi ilə, S00589017 saylı xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********7527 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-də bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X5 İdarəsinə müraciət olunmuş, həmin İdarədən2200-012/0xx-xx/000685 saylı, xx.xx.2023 -cü il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən **********7527 saylı, xx.xx.2022-cİ il tarixli invoys göstərilən mal mövqeyinin, “15” % gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********8390 sorğu nömrəli xx.xx.2023cü il tarixli gömrük bəyannaməsinin mal mövqeyində bəyan edilmiş yüklərə görə Geofizika və Geologiya İdarəsi tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 6255.40 AZN, ƏDV üzrə 1046.52 azn, elektron gömrük xidməti haqqı üzrə 30.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 az təşkil edir. Azərbaycan Respublikas Dövlət Gömrük Komitəsinin X5 İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, S00589017 nömrəli 108.11,2022-ci il tarixli invoys sənədi üzrə idxal edilən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Geofizika və Geologiya idarəsi” (VÖEN: **********) tərəfindən **********7527 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallardan bəzilərinin, sözügedən bəyannamənin 2-ci, 6-cı, 7-ci, 12-ci, 14-cü, 15-ci mal mövqeyində göstərilən malların XİFMN kodu bəyan edildiyindən fərqli olduğu müəyyən edilmiş və belə olan halda idxal gömrük rüsumu üzrə 6255.4 AZN, ƏDV üzrə 1046.52 AZN, elektron gömrük xidməti haqqı üzrə 30 AZN, elektron gömrük xidməti üzrə 5.4 AZN, ümumilikdə 7337.32 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 7337,32 manat vəsaiti məbləğinin 70 (yetmiş) faizi miqdarında, yəni 5.136,124 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar