Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-722/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi “A.İ.M” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-140/2024 saylı, xx.xx.2024-cü il və Şuşa Rayon Məhkəməsinin 2-55/2004 saylı, xx.xx.2004-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-140/2024 saylı, xx.xx.2024-cü il və Şuşa Rayon Məhkəməsinin 2-55/2004 saylı, xx.xx.2004-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs və müdafiəçisi “A.İ.M” Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən MN ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunan zaman iştirak etmədiklərini, protokolda qeyd olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-140/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verdiklərini, mülki işə dair Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli yekun məhkəmə aktını qəbul etdiyini və həmin qərarı 24 yanvar 2025-ci il tarixdə əldə edib 17 mart 2025-ci il tarixdə mülki iş üzrə Ali Məhkəməyə kassasiya qaydasında şikayət verdiyini, yəni Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-140/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəsini almadığından icra sənədinin icra hərəkətləri ilə bağlı qanunsuz protokol tərtib edildiyini, Şuşa Rayon Məhkəməsinin 2-55/2004 saylı, xx.xx.2004-cü il tarixli icra sənədi ilə bağlı olaraq qətnamədə borcluların adının "xxxx" MTK, "xxxx" MMC, tələbkarın adının isə X1 qeyd olunmasına baxmayaraq icra vərəqəsində "xxxx" MMC-nin adının qarşısında “ (Eyfel MMC)” yazılmasının qanunsuz olduğunu, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 8(005)-574/2024 nömrəli qərardadında qeyd edilən Bakı şəhəri, Nərimanov raonu, Salamzadə küçəsi, 66 A saylı binada qeyd edilən 2 otaqlı mənzilin mövcud olmadığını, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 23 iyul 2024-cü il tarixli çıxarışında "xxxx" MMC-nin rəhbərinin Şəxs olduğunun qeyd olunduğunu və həmin tarixdən hal-hazırkı vaxta qədər icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən dəvət edilmədiklərini və ya məlumatlandırımadıqlarını bildirmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd edilən protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, "xxxx" MMC-nin rəhbərinin Şəxs barəsində MN ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolunun “A.İ.M” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən geri qaytarılması xahiş olunmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş 06 mart 2025-ci il tarixli, MN ******* protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-722/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-722/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver