Məhkəmə qərarları › İş №3(005)-724/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-724/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-724/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 800 manat cərimə növündə inzibaği tənbeh tətbiq edilmişdir. Bildirir ki, Ruslan Vəliyev, barəsində X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli qərarının qəbul edilməsindən Nərimanov Rayon İcra Şöbəsi vasitəsi ilə məlumatı olmuşdur. Belə ki, Nərimanov Rayon İcra Şöbəsindən onunla əlaqə saxlanılmış və bildirmişlər ki, ona 800 manat cərimə tətbiq olunmuş və o, həmin cəriməni ödəməlidir. Bundan sonra Ruslan Vəliyev, icra məmurunun icraata başlamaq haqqında qərarının, inzibati xəta haqqında qərarı və həmin qərarın icraya yönəldilməsi barədə X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 aprel 2022-ci il tarixli məktubunu xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Hesab edir ki, X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, mühafizəçi xx.xx.2020-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur, xx.xx.2022-ci il tarixdə son haqq hesab ödənilmiş, bu barədə yazılı şəkildə X7 Xidmətinin Bakı Şəhər İdarəsinə bildirilmişdir. Bundan sonra X9 iki dəfə yazılı ərizə ilə (ərizənin biri notarial qaydada təsdiq olunmuşdur) X7 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət edərək, ona son haqq hesabın ödənildiyini göstərmiş və şikayəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Lakin X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 14 sentyabr 2020-ci il tarixdə Ruslan Vəliyevin barəsində inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, 14 sentyabr 2020-ci il tarixdə qərar qəbul edilməklə inzibati xəta hadisəsi müəyyən olunsa da, inzibati araşdırma mərhələsində X6 ödənilməmiş qalan 673 manat əmək haqqı 27 iyul 2020-ci il tarixdə tam ödənilmiş, buna baxmayaraq Ruslan Vəliyevə 14 sentyabr 2020-ci il tarixdə cərimə növündə inzibati tənbeh verilmişdir. Hesab edir ki, 14 sentyabr 2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta hadisəsi olmamış və belə olduğu halda inzibati araşdırmanın yekunu olaraq iş üzrə icraata xitam verilməlidir. X7 Xidmətinin Bakı Şəhər İdarəsinin Ruslan Vəliyev barəsində inzibati tənbeh vermə haqqında qəbul etdiyi MN seriyalı ******* nömrəli əsas gətirilərək, Ruslan Vəliyev İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 800 manat məbləğində inzibati cərimə tətbiq edilmiş, lakin həmin qərarın qəbul ediməsindən əvvəl X7 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdm edilmiş, həm də hazırki şikayətə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, işçi X6 ödənilməmiş qalan son haqq hesab xx.xx.2020-ci il tarixdə, yəni inzibati araşdırma dövründə tam ödənilmişdir. Həmçinin, X2 Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə iki dəfə ərizə ünvanlayaraq Ruslan Vəliyevdən etdiyi müraciətin araşdırılmasının dayandırılmasını xahiş etmişdir. Beləliklə, göründüyü kimi ilk əvvəl inzibati xəta hadisənin mövcudluğuna dələlət edən hallar aşkar edilsə də, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta hadisəsi mövcud olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş şəxs və qəqarından şikayət verilmiş slahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuş, ona çatası son haqq-hesab xx.xx.2020-ci il tarixdə ödənmişdir. X1 İXM-in 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 800 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X3 təqsirli bilindiyi inzibati xətalara dair münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, onun tərəfindən işçiyə son haqq-hesabın ödənilməsində pozuntuya yol verilsə də, bu hal qısa müddət ərzində aradan qaldırılmışdır. Həmçinin iş materiallarında olan vətəndaş X5 ərizəsindən görünür ki, ona aid olan son haqqhesab və əmək haqları onun hesabına köçürülmüşdür. Hər hansı iddia və şikayəti yoxdur. 10 iyun 2020-ci il tarixli Bakı Şəhəri Əmək Müfəttişliyinə etdiyi şikayət ərizəsinin dayandırılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, X4 tərəfindən 673 manat əmək haqqı ödənişi X6 ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar vəzifəli şəxs kimi X3 barəsində inzibati məsuliyyəti istisna edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in: 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmalı, qərar ləgv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 14 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar