Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-73/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, X7 Arzu oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X2 vəkili “Femida” vəkil bürosunun vəkili X8, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətində qeyd etmişdir ki, Nərimnaov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli 287231/2023-15-23-003 nömrəli tələbin könüllü icrası haqqında bildirişlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin xx.xx.2023-cü il tarixli M№ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının icrası ondan tələb edilmişdir. Həmin bildirişlə əlaqədar icra şöbəsindən adıçəkilən tənbeh qərarı xx.xx.2023-cü il tarixdə imzalanaraq tərəfindən əldə edilmişdir. Əldə edilmiş qərara tərəfindən baxış keçirərkən aydın olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin müdiri vəzifəsini icra edən Ruslan Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. Həmin qərarla güya barəsində xx.xx.2023-cü il tarixdə ******* nömrəli protokol tərtib edilmiş və mülkiyyətində olan ehtiyyat fondu torpaq sahəsində məqsədli təyinatdan kənar fərdi evlər inşa etmişdir. Qeyd olunan protokol tərtib olunarkən və daha sonra qərar qəbul edilərkən həmin sənədlərin ona təqdim olunmaması, qərəzlilik kimi qiymətləndirilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli MN ******* inzibati tənbeh tətbiq etmə haqqında Qərardan məlumatlı olmamış və həmin qərarı xx.xx.2023-cü il tarixdə icra qurumundan alımışdır. Məhkəmə iclasında iştirak etmiş şikayət vermiş şəxs X2 vəkili “Femida” vəkil bürosunun vəkili X10 çıxış edərək bildirmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində olan ərazini Allahverdi Axundov qanuvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Lakin, həmin ərazidə heç bir tikinti işi aparmamışdır. Həmin torpaq sahəsini əldə etdikdən sonra orada tikinti işlərinin aparıldığını bilmiş və bu barədə aidiyyəti qurumlara müraciətlər etmişdir. Həmçinin şikayətləri əsasında hazırda hüquq mühafizə orqanlarında araşdırma aparılmaqdadır. Bundan başqa protokolun qanunsuz tərtib olunduğunu, nə protokol nə də qərar barədə məlumatlı olmadıqlarını qeyd edərək şikayətin təmin olunmasını və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X9 qərarın qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyini və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 300 (üç) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş X2 müxtəlif qurumlara ünvanladığı ərizələrdən aydın olur ki, ona məxsus mülkiyyətindəki torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması barədə bir sıra (İcra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Baş prokurorluq və sair) qurumlara müraciət ünvanlanmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, inzibati orqan tərəfindən qanunvericilyin tələbləri kobut şəkildə pozularaq qəbul edilmiş qərar və digər prosessual əsaslarla bağlı barəsində inzibati icraatı aparılan şəxsi məlumatlandırmamış onun ünvanına bu bardə heç bir bildiriş göndərməmişdir. Eyni zamanda protokol tərtib edərkən səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. Bundan başqa məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İnzibati Xətalar Məcəlləsinin 60-cı maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi ilə bağlı X3 tərəfindən hər hansı hərəkətlərin edilməsi müəyyən edilmədiyindən, eləcə də X2 həmin qanunsuz tikililər barədə aidiyyəti qurumlara müraciət edildiyindən və hazırda məsələ ilə bağlı araşdırma aparıldığından X3 barəsində İXM-nin 247.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-73/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-73/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver