Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-731/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1, Barəsində şikayət olunan Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin polis mayoru X2 iştirakları ilə X1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsində X3 xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində “VAZ 21201” markalı, AZ **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Böyükşor gölünün üstündən gələn yoldan N.Nərimanov rayonu, Ziya Bünyadov prospekti istiqamətində hərəkət edərkən “VAZ 2107” markalı AZ **-NY-*** dövlət qeydiyyat nişanlı maşın sağ qabaq hissəsi ilə onun maşınının sol arxa hissəsini vurduğunu, hadisəyə Yol Polis əməkdaşlarının baxış keçirdiklərini, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti maşın ilə ekspertin gəldiyini, kamera görüntüsünə baxdıqlarını, hadisəni “VAZ 2107” markalı AZ **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün törətdiyini bildirdiklərini, hər ikisinin sənədlərini alıb onları alkotestrdən keçmək üçün Nizami metrosu yaxınlığındakı məntəqəyə göndərdiklərini, orada onların hər birindən qəbz vermədən 10 manat məbləğində pul alaraq alkotestrdən keçirdiklərini, sənədlərini götürmək üçün onları Badamdarda Şəhər Yol Polisinin 6-cı otağına getməklərini dediklərini, orada məsələni tam və obyektiv araşdırmadan ona yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda AR İXM-in 327.1-ci maddəsinə əsasən qırx manat məbləğində cərimə edildiyini, heç bir yol hərəkət qaydasını pozmadığını bildirdiyini, maşınına dəymiş ziyanı Sığorta Şirkətinin qarşılaması üçün Forma № 3-ün verilmədiyini, maşının texniki baxış müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyini, həm də icbari sığorta şəhadətnaməsinin qüvvədən düşdüyünü, cərimə ödənilmədən texniki baxışdan da keçə bilmədiyini, hadisədən xeyli vaxt keçsə də onu get-gələ saldıqlarını, bundan narazı olduğuna görə rəisin qəbuluna düşmək istəməsinə baxmayaraq imkan yaratmadıqlarını qeyd edərək bildirmişdir ki, hadisə olan yerdə hərəkət zolaqları eyni istiqamətlidir. Əksistiqamətli zolaqdan da söhbət gedə bilməz.O, sola dönəcəyinə görə dönmə işığını yandırıb sol istiqaməti tutub hərəkət etdiyi zaman maşınını arxadan vurmuşlar.Həmçinin 9 ay əvvəl boğazında əmələ gələn törəmədən əməliyyat olunduğunu, 1-ci qrup əlilliyini, hal-hazırda da danışa bilmədiyini, əməliyyatın ağır və maddi tərəfdən çətinliyindən imkanının olmadığını, 3 aydan bir tibbi aparatlardan da keçməli olduğunu, bu xəstəlikdə tibbi sığorta olmadığından çıxılmaz vəziyyətə düşdüyünü bildirərək Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati icraat üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati icraat üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət olunan Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin polis mayoru X4 çıxış edərək Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək X1 vermiş olduğu şikayət ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə AR İXM-in 327.1-ci maddəsinə əsasən qırx manat məbləğində cərimə edilmişdir. -Qərarın məzmunundan görünür ki, sürücü X3 xx.xx.2024-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində “VAZ 21102 MİNİK” markalı , **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. -Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinə əsas olmuş kamera görüntülərinin olduğu CD diskə baxış keçirilərkən məlum olmuşdur ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X1 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN Bakı şəhər X7 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı düzgün araşdırılma aparılmamışdır. İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 327.1-ci maddəsinə əsasən -Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinə əsas olmuş kamera görüntülərinin olduğu CD diskə baxış keçirilərkən məlum olmuşdur ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X1 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Bakı şəhər X7 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 327.1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X7 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-731/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-731/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver