Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-737/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 25847283 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsitərəfindən qəbul edilmiş EQ seriyalı 25847283 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarxidə saat 13:01 də təhlükəsiz şəhər kamrası vasitəsi ilə protokol tərtib olundu, həmin tarixdə taksi faəliyyəti ilə məşğul oldurdum. Həmin zaman sərnişinin təkidi ilə onu gənclik mollun qarşısında düşürmək məcburiyyətində qaldım. Həmin ərazidə taksi nişanı olmaması və dayanma durma nişanı olmadığı üçün, dayanacağa yaxın saxlayıb onu düşürmüşdüm. Avtobus dayanacağına girmək qadağan idi və çıxış yolu yox idi. Mən bolt proqramında qeyd edildiyi kimi sifarişi yerinə yetirməli idim. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək bildirmişdir ki, qaydaları istəmədən pozmuşdur, çünki həmin ərazidə taksilər üçün sərnişinləri düşürməyə heç bir şərait yaradılmamışdır. Barəsində tərtib olunmuş qərarın qanunsuz olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş EQ seriyalı 25847283 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 346.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 72 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərara əlavə edilmiş foto şəkillərdən aydın olur ki, **-XX-*** nömrəli nissan sunny minik markalı avtomobil tərəfindən yol hərəkəti qaydaları pozulmuşdur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətməsinin səbəbi kimi taksilər üçün dayanmağa şəraitin olmamasını bildirsə də, məhkəmə qeyd olunanları, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyünü və həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsitərəfindən qəbul edilmiş EQ seriyalı 25847283 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsitərəfindən qəbul edilmiş EQ seriyalı 25847283 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-737/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-737/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver