Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-739/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin rəisi İltimas Yusifli tərəfindən qəbul edilmiş 22 aprel 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin rəisi İltimas Yusifli tərəfindən qəbul edilmiş 22 aprel 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə onu Nəsimi rayon icra və probasiya şöbəsinə çağırmışlar. Orada ona xx.xx.2020-ci il tarixli Nəsimi rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı və xx.xx.2020-ci il tarixli MN №0186942 saylı Nərimanov rayon 17-ci Polis bölməsinin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokolu və Nərimanov rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı təqdim etmişlər. Həmin protokola və qərara əsasən, onun İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi qeyd edilmişdir. Şikayətçi hesab edir ki, Bakı şəhəri Nərimanov RPİ-si tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında 22.04. 2020-ci il tarixli, MN ******* saylı qərarı qanunsuzdur və aşağıda göstərilən dəlillərə görə ləğv edilməlidir. Belə ki, ilk növbədə, İXM 43-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin aidiyyəti göstərilmişdir. Həmin maddəyə əsasən İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmələr tərəfindən baxılır. Həmin maddənin mətnindən görünür ki, Polis əməkdaşının protokoluna əsasən yalnız məhkəmənin qərarına əsasən, şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Nərimanov rayon polis idarəsi səlahiyyətini aşmiş və məhkəmənin səlahiyyətini mənimsəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2050/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin rəisi İltimas Yusifli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-395/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 şikayəti təmin edilmiş, X1 Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin rəisi İltimas Yusifli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətinin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2050/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin rəisi İltimas Yusifli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin rəisi İltimas Yusifli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-739/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-739/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver