Məhkəmə qərarları › İş №3(005)-741/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-741/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-741/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-cı Polis Şöbsəsinin sahə inspektoru X2, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İsmayıllı rayonu, Qıçatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-cı Polis Şöbsəsinin sahə inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, 03 aprel 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs 03 aprel 2021-ci il tarixdə saat 00:30 radələrində Təbriz küçsəi 102 ünvanında polis əməkdaşlarının qanuni tələblrinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbsəsinin sahə inspektoru X4 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Şəxs 03 aprel 2021-ci il tarixdə inzibati qaydada tutulsa da, 04 aprel 2021-ci il tarixdə Müvəqqqəti Saxlama yerindən azad olunmuş və 05 aprel 2021-ci il tarixdə dəvət olunaraq məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, həmin gün içkili olmuşdur. Əsəbi olduğu üçün söyüşlər söymüşdür. Ona yaxınlaşaraq vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirən və ondan söyüş söyməməyi, ucadan danışmamağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş və söyüş söyməyə davam etmişdir. Polislər ona sakitləşməyini və onlarla birlidkdə bölməyə getməli olduğunu bildirdikdə onlarla razılaşmamış və bölməyə getməkdən boyun qaçırmışdır. Hadisənin baş vermə səbəbi onun içkili olması olmuşdur. Bu halın üzrlü hesab edilərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X3 izahatında göstərmişdir ki, 03.04.2021-ci il tarixdə saat 00:20 radələrində Təbriz küçəsində yerləşən Nərimanov Parkında xidmətdə olanda bir nəfərin karantin rejimi ilə əlaqədar tibbi maskadan istifadə etmədiyini görüb ona yaxınlaşan zaman onu ictimai qaydanı pozduğunu görmüşlər. Onlar həmin şəxsə dəfələrlə izah etsə də bir neçə dəqiqədən sonra həmin şəxsin eyni əməli təkrar törətdiyini görmüş və onu 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs heç bir səbəb olmadan nalayiq ifadələr işlətmiş, onu xidməti avtomaşına əyələşdirən zaman uca səslə qışqırıb nalayiq ifadələr işlətməyə başlamış, avtomaşına oturmaqdan imtina etmiş, polislərə müqavimət göstərərək tabesizlk etmişdir. Polislər də ona fizki qüvvə tətbiq etməklə onu Polis Şöbəsinə gətirmişlər. 18-ci Polis Şöbəsində olan zaman həmin şəxs onların ünvanlarına söyüşlər söyərək onları təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X5 digər şahid X1 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə adına yazılmış 03.04.2021-ci il tarixli Raportdan görünür ki, 03.04.2021-ci il tarixdə saat 00:20 radələrində Təbriz küçəsində yerləşən Nərimanov Parkında xidmətdə olanda bir nəfərin karantin rejimi ilə əlaqədar tibbi maskadan istifadə etmədiyini görüb ona yaxınlaşan zaman onu ictimai qaydanı pozduğunu görmüşlər. Onlar həmin şəxsə dəfələrlə izah etsə də bir neçə dəqiqədən sonra həmin şəxsin eyni əməli təkrar törətdiyini görmüş və onu 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs heç bir səbəb olmadan nalayiq ifadələr işlətmiş, onu xidməti avtomaşına əyələşdirən zaman uca səslə qışqırıb nalayiq ifadələr işlətməyə başlamış, avtomaşına oturmaqdan imtina etmiş, polislərə müqavimət göstərərək tabesizlk etmişdir. Polislər də ona fizki qüvvə tətbiq etməklə onu Polis Şöbəsinə gətirmişlər. 18-ci Polis Şöbəsində olan zaman həmin şəxs onların ünvanlarına söyüşlər söyərək onları təhqir etmişdir. “İnzibati qaydada tutma haqqında” 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 03 aprel 2021-ci il tarixdə saat 01:15-də inzibati qaydada tutulmuşdur. 03 aprel 2021-ci il tarixli, 2/4033 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, 03.04.2021-ci il tarixdə Şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-cı Polis Şöbsəsinin 03.04.2021-ci il tarixli Arayışından görünür ki, vətəndaş Şəxs 03.04.2021-ci il tarixdə ünvan 1 ünvanında polisin qanuni tələbinə tabe olmadığına görə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də Şəxs açıq aşkar sərxoş olması və həddindən artıq spirtli içki qəbul etməsi müəyyən olunmuş və sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinəyə göndərilmişdir. Aparılan tibbi müayinə zamanı vət. Şəxs “orta” dərəcəli sərxoş olduğu aşkar olunmuşdur. Vət. Şəxs barəsində inzibati qaydada tutma haqqında protokol tərtib olunmuşdur. X9 03.04.2021-ci il tarixdə saat 10:20 radələrində orta sərxoşluq dərəcəsindən ayrılmış və nitqində,həmçinin hərəkətlərində özünü idarəetmə qabiliyyəti müşahidə olunmuşdur. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxsləriki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 03 aprel 2021-ci il tarixdə saat 00:30 radələrində Təbriz küçsəi 102 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-cimaddələrinirəhbərtutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada tutma altında saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş inzibati həbs tənbeh tədbirindən çıxılsın və üzərində 9 (doqquz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli 05 aprel 2021-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zadə oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar