Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-742/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 21.02.2022-ci il tarixli, 00100-0364/22 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/003531 nömrəli 17.02.2022-ci il tarixli raportda ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Ukraynadan UN900TR/QQ205O nömrəli yük nəqliyyat vasitəsi ilə 4604 nömrəli 25.10.2021-ci il tarixli invoys üzrə idxal edilmiş 10008 ədəd “Bioloji fəallığa malik qida əlavələri” adlı yükü **********8012 sorğu nömrəli 10.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 10.02.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirildiyi, lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi qeyd edilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin direktoru Rusiya Federasiyası vətəndaşı X1 izahatı alınmış, o, izahatında Səhiyyə Nazirliyindən gətirdikləri yüklə bağlı rəyi ala bilmədiklərindən saxlanc müddətini pozduqlarını etiraf etmişdir. Həmçinin 21.02.2022-ci il tarixdə **********8012 sorğu nömrəli 10.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında rəsmiləşdirilmiş yüklərə Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunun 6-cı anbarında baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17.02.2022-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən 10.11.2021-ci il tarixli, **********8012 sorğu nömrəli gömrük bəyannaməsi ilə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Ukraynadan UN900TR/QQ205O nömrəli yük nəqliyyat vasitəsi ilə 4604 nömrəli 25.10.2021-ci il tarixli invoys üzrə idxal edilmiş 10008 ədəd “Bioloji fəallığa malik qida əlavələri” adlı yükü **********8012 sorğu nömrəli 10.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 10.02.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirildiyi, lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi qeyd edilmişdir. 21.01.2022-ci il tarixli aktdan görünür ki, Şəxs MMC-nin ünvanına Ukraynadan UN900TR/QQ205O nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********8012 sorğu nömrəli 10.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmiş mallara baxış keçirilmiş və bəyannamədə qeyd edilən mallar göstərilən ünvanda yerləşən anbarda toxunulmadan saxlanılmışdır. 21.02.2022-ci il tarixli Bakı Baş Gömrük İdarəsi tərəfindən alınmış Şəxs MMC-nin direktoru X1 izahatından görünür ki, Şəxs MMC-nin direktoru, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə dəvət olunaraq sorğu-sual edilmiş və bildirmişdir ki, Səhiyyə Nazirliyindən gətirilmiş yükün dərman vasitəsi yox qida əlavəsi olduğunu təsdiq edən rəyi ala bilmədiklərindən gömrük orqanı tərəfindən müəyyən edilmiş saxlanc müddətini pozmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Ukraynadan UN900TR/QQ205O nömrəli yük nəqliyyat vasitəsi ilə 4604 nömrəli 25.10.2021-ci il tarixli invoys üzrə idxal edilmiş 10008 ədəd “Bioloji fəallığa malik qida əlavələri” adlı yükü **********8012 sorğu nömrəli 10.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 10.02.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirildiyi, lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi qeyd edilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin direktoru Rusiya Federasiyası vətəndaşı X1 izahatı alınmış, o, izahatında Səhiyyə Nazirliyindən gətirdikləri yüklə bağlı rəyi ala bilmədiklərindən saxlanc müddətini pozduqlarını etiraf etmişdir. Bununla da, Şəxs MMC İXM-in 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır; 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-742/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-742/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver