Məhkəmə qərarları › İş №3(005)-742/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-742/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-742/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X4 Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, X6 barəsində Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 16/1-11224 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 16/1-11224 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, onu xx.xx.2023-cü il tarixində saat 08:04 radələrində, Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində Yol Patrul Xidmətinin əməkdaşı işarə edərək saxlamışdır. Özünü lazımlı şəkildə təqdim etməyərək, Nağıyev Elton olaraq özünü tanıtmışdır. Saxlama səbəbi olaraq əks istiqamətə keçdiyi olduğunu qeyd etmişdir. Əslində isə əks istiqamətə keçimiş YPX əməkdaşının işarəsi ilə həyata keçmişdir. Döngəyə çatdığı zaman YPX əməkdaşı ona saxla əmri vermişdir. Dialoq zamanı ounun tərəfindən YPX əməkdaşına bildirilmişdir ki, onun işarəsinə əsaslanaraq əks istiqamətə hərəkət edib, Fətəlixan Xoyskiy küçəsinə döndmüşdür. Polis əməkdaşının qanunazidd hərəkətləri ilə bağlı Daxili İşləri Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişdir. Oradan ona bildirdilər ki, şikayəti qeydiyyata alındı və inzibati xətaya dair protokolu Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə yaxınlaşaraq əldə edə bilər. xx.xx.2023cü il tarixdə sms bildiriş vasitəsilə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyinə dair məlumat almışdır. Bundan sonra yenə zəng vurmuş, onu Bakı şəhər X13 İdarəsinə Polis X3 dəvət edilmişdir. Orada xx.xx.2023-cü il tarixdə ona qərarın surətini təqdim etdilər və hadisənin videoçəkilişinə baxmağa imkan verdilər. Həmin videodan da görünür ki, YPX əməkdaşının işarəsinə əsaslanaraq o hərəkətini davam etmişdir, YPX əməkdaşı bu anda üzünü digər tərəfə çöndərmişdir, o döngəyə çatdığı zaman arxaya dönərək ona saxla əmri vermişdir. Videoçəkilişdə prosesin tam görüntüsü yoxdur, yalnız YPX əməkdaşının işarə verdiyi və onun əks istiqamətdə gəldiyi, daha sonra isə onun saxlandığı kadr qeyd olunmuşdur. Qeyd edilənlərin nəzərə alınmasını və qərarın ləğv edilərək barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X6 şikayətə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş qərar qanunsuz olduğundan ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, şəxs barəsində tərtib edilmiş protokol əsassız deyildir, qanuna uyğun olaraq qəbul edilmişdir. Bununla bağlı məhkəmyə dvd diski təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən tərtib olunmuş 16/1-11224 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddə də nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X7 tərəfindən məhkəmədə təqdim edilmiş DVD diskədən görünür ki, X6 tərəfindən əks istiqamətli hərəkət zolağına çıxaraq hərəkətini davam etdirmişdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, inzbati qərar qəbul etmiş qurumun nümayəndəsinin məkhəməyə təqdim etdiyi dvd diskdən görünür ki, hadisə olan zaman X6 əks istiqamətli hərəkət zolağına çıxaraq hərəkətini davam etdirmiş və həmin vaxt xidmətdə olan X13i əməkdaşının hər hansı nizamlayıcı işarəsi olmamışdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X4 Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 16/1-11224 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 16/1-11224 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar