Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-743/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının direktoru Okuklu Yılmaz və həmin şirkətin nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 03 mart 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən X9 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, Filiala satın alma üzrə mütəxəssis kimi işə düzəlmək ilə əlaqədar müraciət edən vətəndaş X4 müraciətinə baxılmış, onun həmin vəzifəyə uyğun sənədi olmadığından və iş təcrübəsi olmadığından onu işlə təmin edə bilməmişlər. Ailə vəziyyətində çətinlik olduğunu, anası ilə bir evdə qala bilmədiyini və sığınacaq yeri olmadığım dediyinə görə ona maddi yardım kimi 400 manat pul verilmişdir. xx.xx.2023-cü ıl tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 və Dünya Banks tərəfindən birgə həyata keçirilən "Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində müqavilə imzalamışlar. Bunun ən başlıca səbəbi ölkəmiz üçün mütəxəssislər yetişdirib, işsizliyin aradan qaldırılmasına kömək etməkdir. Bu çərçivə daxilində işsiz şəxsləri tərəfimizdən təşkil olunmuş kurslara cəlb etmək üçün elanlar verib, müsahibələr keçiririk. Həmin kurslarda təlim keçmək üçün X11ma da təklif edilmiş və o, "DOST" Agentliyindən göndəriş gətirməmiş və şirkətə bir daha gəlməmişdir. Yazdığı şikayətində tərəfimizdən göstərilmiş maddi yardımı əmək haqqı kimi göstərərək əlavə kompensasiya əldə etmək niyyətindədir. Onların bu şəxslə heç bir əmək münasibətimiz olmamışdır. Odur ki, “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi xahiş olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixli, 01/23-2 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli 3-17-5/2-1502/2023 saylı məktubla bağlı bildirmək istəyir ki, onlar Türkiyədə fəaliyyət göstərən “OKUKLU X10 X3 X14. Ltd. Şti”-nin Azərbaycan Filialı olaraq xx.xx.2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində müqavilə imzalamışlar. Bunun ən başlıca səbəbi ölkə üçün mütəxəssislər yetişdirib, işsizliyin aradan qaldırılmasına kömək etməkdir. Bu çərçivə daxilində işsiz şəxsləri tərəfimizdən təşkil olunmuş kurslara cəlb etmək üçün elanlar verib, müsahibələr keçiririk. Kurslarına olan müraciətlərdən biri də X7 tərəfindən edilmişdir. Həmin şəxs uyğun olmadığı üçün kurslarımıza cəlb edilməmişdir və bizim bu şəxslə heç bir əmək münasibətimiz olmamışdır. Bu şəxsin niyyətinin nə olduğu isə bəlli deyil. Bu məsələ ilə bağlı həmin şəxsin şirkətimizin imicinə etdiyi ziyana görə Sizdən dəstək istəyirik. Sizdən xahiş edirik ki, bu şəxsin gələcək iş həyatında da digər şirkətlərin imicinə ziyan vurmaması üçün hərkəsi məlumatlandırasınız. Protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş türk dilində olan alış və satışa dair müraciət sənədlərindən və elektron poçt yazışmalarına dair sənədlərindən görünür ki, həmin sənədlərdə səlahiyyətli şəxs qismində X4 adı qeyd olunmuşdur. “Peşə hazırlığının təşkilinə dair” 26 yanvar 2023-cü il tarixli, MMTF-11/2023 nömrəli müqavilədən görünür ki, həmin müqavilə X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış, həmin müqavilə üzrə “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı peşə hazırlığının təşkil edilməsinə dair xidmət təklif edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyini təsdiq etmir. Məhkəmə, inzibati xəta haqqında işin hallarını tam və hərtərəfli araşdıraraq qeyd edir ki, inzibati xəta haqqında protokolda göstərilən X4 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən edilmir. Belə ki, iş üzrə tədqiq edilmiş materiallardan aydın olur ki, inzibati xəta haqqında iş üzrə icraatı aparmış orqan icraata başlayarkən yalnız X4 müraciətini və onun tərəfindən təqdim edilmiş türk dilində olan alış və satışa dair müraciət sənədləri və elektron poçt yazışmalarına dair sənədlərə istintad etmişdir. Məhkəmə isə X4 müraciətinə və protokol tərtib etmiş orqana təqdim etdiyi yazılı izahatına münasibət bildirərək qeyd edir ki, şəxsin hüquqpozma faktına dair müraciəti özlüyündə yalnız inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas ola bilər. Lakin, qeyd edilən müraciət mötəbər sübutlarla təsdiq edilməzsə, şəxs barəsində inzibati məsuliyyət yarana bilməz. Hazırki halda isə, “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyi, dair X4 icraat zamanı vermiş olduğu yazılı izahatı sübutların məcmusu ilə təsdiq olunmur. X4 təqdim etdiyi türk dilində olan alış və satışa dair müraciət sənədləri və elektron poçt yazışmalarına dair sənədlərə məhkəmə qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq qeyd edir ki, həmin sənədlər həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbuledilən deyil, həmin sənədlərin həqiqiliyini şübhə altına alan hallar mövcuddur. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialının əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 03 mart 2023-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “OKUKLU İNŞAAT QİDA TAŞİMACİLİK X3 ÜRÜNLERİ X14ARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 03 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-743/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-743/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver