Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-743/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin e-2(005)-748/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8İ-3127 nömrəli, xx.xx.2023cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-351/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərini icra etməməməsi səbəbilə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edərək baxılması üçün xx.xx.2025ci il tarixdə məhkəməyə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-743/2025 saylı qərarı ilə Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-927/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-743/2025 saylı qərarı ləğv edilmiş və iş baxılması üçün yenidən Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş və məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş xx.xx.2025-ci il tarixli, № 252888/24- 151-28 saylı məktubundan görünür ki, Şöbənin icraatında olmuş Nərimanov Rayon Məhkəməsinin e-2(005)-748/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8İ-3127 nömrəli, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-351/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun icraatına Nərimanov Rayon Məhkəməsinin müvafiq qərarı ilə xitam verilmiş, həmin qərardan tələbkar tərəfindən şikayət verilmişdir. İcraat zamanı borclunun Nəsimi rayon ərazisində yaşadığı müəyyən edilmiş və yuxarıda qeyd olunan icra sənədləri xx.xx.2025-ci il tarixdə ərazi aidiyyəti üzrə Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. İcra Haqqında Qanunun 10.1-ci maddəsinə əsasən Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin qanunun 10.3-cü maddəsinə əsasən İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Məhkəmə hal-hazırkı vəziyyətdə hesab edir ki, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolla bağlı iş materialları aidiyyəti üzrə Nəsimi rayon icra Şöbəsinə göndərildiyindən və qeyd edilən icra şöbəsinin dövriyyəsindən çıxdığından icra hərəkətləri ilə bağlı müvafiq qərar qəbul edilmədən protokol və iş materialları onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-743/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-743/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver