Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-751/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şəxs MMC-nin direktoru Nümayəndə3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 05 mart 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən 100000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 07 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddətin keçməsinə baxmayaraq, 100000.00 ABŞ dolları hesabına alınan mallar idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs MMC 100000.00 ABŞ dolları məbləğində vəsaiti 07 fevral 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müdət keçsə də, 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru Nümayəndə3 çıxış edərək bildirmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol əsassızdır. X1 X4 Malz.İnş.Mak.Müh.Tar.İth.İhr.San.Tic.Ltd.Şti müəssisəsindən ünvanlarına Şəxs MMC (VÖEN:**********) xx.xx.2023-ci il tarixli xx.xx.2023-002 saylı müqavilə GL**********0004 nömrəli xx.xx.2023-cü il tarixli invoysla gələn yüklərinə **********4408 nömrəli bəyannamə tərtib olunmuşdur. Lakin bəyannamə yazılarkən 20-ci qrafanın 3-cü yarım bölməsində qarşı tərəfə ödəniş üsulu 120 malın dəyəri sonradan ödəniləcəkdir seçilib. Əslində isə **********4408 saylı bəyannamədə 20-ci qrafanın 3-cü yarım bölməsində qarşı tərəfə ödəniş üsulunun 110-malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir yazılmalıimiş. Bu hal tamamilə onların iradəsindən asılı olmayaraq, texniki səhv kimi baş vermişdir. Məsələnin həlli ilə əlaqədar olaraq müvafiq orqanlara rəsmi müraciətlər olunmuşdur, Müvafiq düzəliş edilmişdir. Bir sözlə Protokolda göstərilən məbləği əhatə edən mallar ölkəyə idxal edilmişdir. Bu barədə sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş **********4408 saylı sorğu nömrəli bəyannaməsindən aydın olur ki, Şəxs MMC tərəfindən mallar ölkəyə idxal olunmuşdur. Bu barədə həmin gömrük bəyannaməsindən aydın olur ki, xx.xx.2023-002 saylı müqaviləyə uyğun olaraq X1 X4 Malz.İnş.Mak.Müh.Tar.İth.İhr.San.Tic.Ltd.Şti müəssisəsi tərəfindən Şəxs MMC-yə mallar göndərilmişdir. xx.xx.2023-cü il tarixli İnvoicedən görünür ki, X1 X4 Malz.İnş.Mak.Müh.Tar.İth.İhr.San.Tic.Ltd.Şti müəssisəsi tərəfindən xx.xx.2023-002 saylı müqavilə üzrə Şəxs MMC-yə cəmi qiyməti 148.000,00 ABŞ dolları olan suvarma qurğuları göndərilmişdir. xx.xx.2023-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC-də olan hesabdan 100000 ABŞ dolları məbləğində pul vəsaiti X3 Yapı Malz.İnş.Mak.Müh.Tar.İth.İhr.San.Tic.Ltd.Şti müəssisəsini hesabına köçürülmüşdür; xx.xx.2023-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC-də olan hesabdan 20000 ABŞ dolları məbləğində pul vəsaiti X3 Yapı Malz.İnş.Mak.Müh.Tar.İth.İhr.San.Tic.Ltd.Şti müəssisəsini hesabına köçürülmüşdür; İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara sasən Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 05 mart 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 05 mart 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-751/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-751/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver