Məhkəmə qərarları › İş №3(005)-752/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-752/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-752/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 05 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, icra sənədinin icrası cavabdeh təşkilatın rəisi Şəxs tərəfindən üzrsüz səbəbdən icra olunmamış, ünvanına göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrası tam təmin olunmamışdır. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli, 3(005)- 752/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından MN seriyalı ******* nömrəli, 05 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 02.06.2021-ci il tarixli, 3(103)-1308/2021 nömrəli qərarından görünür ki, tələbkar Zərərçəkmiş şəxs qızı tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qərarının ləğv edilməsi və iş materiallarının yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2732/2018 nömrəli 07 iyun 2018-ci il tarixli icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs Talib qızının 01.03.1988-ci il tarixdən 01.10.2005-ci il tarixədək əmək fəaliyyətində olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 22.02.2018-ci il tarixdən 3-cü qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə həvalə edilmişdir; Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Elvin Qulubəyli tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” 06.05.2019-cu il tarixli qərardan və tələbin könüllü icrası haqqında həmin tarixli 69886/2019-5-24 nömrəli bildirişdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2732/2018 nömrəli 07 iyun 2018-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və icra sənədinin dərhal icra olunması üçün borcluya bildiriş göndərilmişdir; Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Sevinc Qurbanova tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” 01.12.2020-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında həmin tarixli 69886/2019-13-010 nömrəli bildirişdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2732/2018 nömrəli 07 iyun 2018-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və icra sənədinin dərhal icra olunması üçün borcluya bildiriş göndərilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 15 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, daxil olmuş Nərimanov Rayon İcra və probasiya şöbəsinin 69886/2019-15-13-010 nömrəli, 01.12.2020-ci il tarixli (tələbin könüllü icrası haqqında) bildiriş məktubuna aidiyyəti üzrə baxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Zərərçəkmiş şəxs qızının 01.03.1988-ci il tarixindən 01.10.2005-ci ilədək əmək fəaliyyətində olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 22.02.2018-ci il tarixindən əlilliyin etibarsız hesab edildiyi 03.10.2018-ci il tarixədək 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 Sisteminin “Tibbi Sosial ekspertiza və reabilitasiya alt sistemində” Zərərçəkmiş şəxs barəsində qiymətləndirmə, yəni əlilliyin olması aşkarlanmadığı üçün ona 03.10.2018-ci il tarixindən sonrakı dövr ərzində əlilliyə görə əmək pensiyası təyin edilməsi və X1 X3 sisteminə daxil edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Şəxs tərəfindən üzrsüz səbəbdən icra sənədinin icrası tam təmin olunmamış, bununla da Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın törədildiyi gündən, yəni 05 aprel 2021-ci il tarixdən 3 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilə bilməz, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1, 43, 48- 51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar