Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-753/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi, ictimai mərkəz/köməkçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X8 Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4370/2021 nömrəli, xx.xx.2021-ci il, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1558/2023 nömrəli, xx.xx.2023-cü tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 06 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, 06 mart 2024-cü il tarixdə saat 10:00 radələrində ünvan 2 ünvanında borclu Şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 7522.50 manat, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)- 1558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 400 manat, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4370/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 914.30 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2387/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1008 manat borc öhdəliklərini ödəmək təklif olunmuş, lakin o, tələbi yerinə yetirməmiş, icra məmurunun qanuni tələblərinə tabe olmamışdır, nəticədə İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qeyd olunan icra sənədləri üzrə borclu Şəxs hazırda icra sənədi üzrə borcu vardır və işsiz qaldığı üçün ödəyə bilməmişdir. Şəxs yenicə işə qəbul olunduğunu, icra tələbinin onun əmək haqqısına yönəlmədiyini, bildirmişdir. Şəxs bu gün X10 400 manat aliment borcundan ödəmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXMin 528.1-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, icra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və borcunu ödəməkdən imtina etmir. İcra sənədinin icrasından yayınmır, icra məmurunun tələblərini də yerinə yetirməyə çalışır. Qısa müddətə borcunu bağlayacağını bildirdi. Şəxs bu gün X10 400 manat ödəniş etmişdir. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi, ictimai mərkəz/köməkçi vəzifəsində işləyir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X12 çıxış edərək izahatında göstərdi ki, icra sənədi üzrə borclu Şəxs bu gün sadəcə 400 manat ödədiyini, qalan borclarını ödəmədiyi bildirmiş və onun barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 1479108 saylı protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X5 borclu Şəxs birgə nikahları dövründə əldə olunmuş və onların ümumi əmlakı hesab edilən “KİA Carnival” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 7.500 (yeddi min beş yüz) manat borclu Şəxs tutularaq tələbkar X9 ödənilməlidir. Tələbkar ərizəsi və apellyasiya şikayəti qismən təmin edildiyindən onların verilməsi üçün tələbkarın ödədiyi cəmi 45 manat məbləğində dövlət rüsumları iş üzrə tərəflər bərabər hissələr ilə aid edilməlidir. Bu məqsəd ilə borclu Şəxs 22 (iyirmi iki) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq X9 ödənilməlidir, (məlum icra sənədi xx.xx.2023cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay hər uşaq üçün 220 manat cəmi 440 manat sabit pul məbləğində aliment alınıb xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün tələbkar X5 xeyrinə ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvəyyə mindiyi gündən hesablanmalıdır (məlum icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Nərimanov Rayon Məhkəməsinin 2(005)-4370/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 884,30 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. (məlum icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Nərimanov Rayon Məhkəməsinin 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 977 manat məbləğində pul vəsaiti və 30,41 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Borclunun əmlak vəziyyəti yoxlanılarkən Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman Şəxs məxsus Mercedes C180 minik markalı, **-GR-*** qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmiş, icra məmuru tərəfindən təqdimatla məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin olunmuş və həbs qoyulmuş avtomobil xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən axtarış qərarı qəbul edilərəv icra olunması üçün AR DİN BDYPİ-yə göndərilmişdir. Həmin əmlakdan başqa borclunun adına tələbin yönəldiləcəyi əmlak, gəlir və pul vəsaiti aşkar edilməmişdir. Borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 7522 manat, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzərə 400 manat, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4370/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədi üzrə 914,30 manat, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1008 manat ödənilməmiş borc öhdəlikləri qalmışdır. Həmçinin borclu Şəxs barəsində AR İXM-nin 528.1 -ci maddəsi əsasən inzibati protokol tərtib olunaraq Nərimanov rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 3(005)- 1404/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən 500 manat məbləğində cərimə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X5 cavabdeh Şəxs birgə nikahları dövründə əldə olunmuş və onların ümumi əmlakı hesab edilən “KİA Carnival” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 7.500 (yeddi min beş yüz) manat cavabdeh Şəxs tutularaq iddiaçı X9 ödənilməsi, iddia ərizəsi və apellyasiya şikayəti qismən təmin edildiyindən onların verilməsi üçün iddiaçının ödədiyi cəmi 45 manat məbləğində dövlət rüsumları iş üzrə tərəflər bərabər hissələr ilə aid edilməsi, bu məqsəd ilə cavabdeh Şəxs 22 (iyirmi iki) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq X9 ödənilməsi, iddiaçıya məxsus cehiz əşyalarının: (qətnamədə qeyd edildiyi kimi) “Mətbəxt mebeli- 3000 manat, Mətbəxt stolu və stullar -500 manat; Ariston hotpoint -paltaryuyan, 2 qapılı soyuducu Ariston Hotpoint, Qabyuyan- Ariston Hotpoint, soba- Ariston Hotpoint, qaz və qaz üstü hava təmizləyən Ariston Hotpoint cəmi 4000 manatdır; Televizor Sony smartfon-1.000 manat.; Televizor üçün ev kinoteatrı, tozsoran, ətçəkən, saç feni cəmi 2.000 manat; İtaliya meyvə qabı və eyni seriyadan olan vaza-600 manat; Tort qabı İtaliya məhsulu-100 manat; Qazan dəsti200 manat; X14-100 manat; Mətbəxt servisi 3 dəst-300 manat; Qaşıq-çəngəlbıçaq dəstəsi çamadan-300 manat; Skandinaviya evindən göy vaza və eyni seriyadan olan konfet qabil 100 manat; Pərdələr evin ölçüsünə uyğun - 3000 manat; Mebellər-Qonaq dəsti, qonaq dəsti-2 qorka kamod, stol, stullar- 8 ədəd, 2 divan, jurnal Stolu, Yataq dəsti-krovat, komod, 2-ədəd tumba, şifoner cəmi-10.000 manat; 2 ədəd İran istehsalı xalça-1000 manat; Qonaq lüstra bralar ilə-350 manat; Yataq lüstra bralar ilə-500 manat; Çay-obed-kofe 12 personluq servis-1200 manat; Vileron Bokhdan qab iki hissəlil 50 manat; Vileron Bokhdan 3 ədəd Pesok-qənd qabları-160 manat; Vileron Bokhdanşiriniyyat qabı-150 manat; Küncdən qoyulan iri həcmli güldan-500 manat; Pokrıval-krujivalı İtaliya stehsalı- 600 manat; Süfrəitaliya məhsulu-qırmızı-180manat; Fiqurlar farfor materialında 2 ədəd böyük, 8 balacal.000 manat; 6-ədəd Boqema-1.000 manat; Kofe servisi-10 person Alman məhsulu-500 manat; Konfet qabı dəsti-150 manat; Qoz-fındıq dəsti-100 manat; 6 personluq qab şiriniyyat üçün-italiya məhsulu-100 manat; VileronBokhdan-2 ədəd kompot qabı-160 manat; Vileron Bokhdan çörək qabı-200 manat; Sac elektrik qazan- 100 manat; Vileron Bokhdan kül qabı-60 manat; Pokrıval-isti-1 ədəd-100 manat; Yorğan döşək dəstləri-1 ədəd 2 nəfərlik dəvə yunundan yorğan, taxt üçün döşək, 2 ədəd yorğan, balınc-500 manat eyni seriyadan olan İtaliya məhsulları 3 əşya Vaza-meyvə qab, karof- bişirən-elektrik-philips, düyü-Bişirən-elektrik-philips, Blendor-Philips, 1 ədəd başqa İtaliya məhsulu vaza, süfrələr, mürəbbə qabları, qoz-tərəvəz doğrayan elektrik, kasalar, 6 nəfərlik İtaliya məhsulu ağ rəng stəkan dəstin, olmadığı təqdirdə onların pul əvəzi X9 qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1101/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs iddiaçı Qəniyeva (Əliyeva) Fidan İlqar qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Qəniyeva (Əliyeva) Fidan İlqar qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə 947 manat ödənilməmiş hissə, 30 manat cərimə, ümumilikdə 977 manat borc və 30,41 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarlardan görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarların surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4370/2021 nömrəli, xx.xx.2021-ci il, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1558/2023 nömrəli, xx.xx.2023-cü tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkar X10 aliment borcundan 400 manat ödəniş edilmişdir. Elektron çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi, ictimai mərkəz/köməkçi vəzifəsində işləyir və aylıq əmək haqqı 785 manat təşkil edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədi üzrə tələb borclu tərəfindən qismən yerinə yetirilmişdir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə iclasında borclu Şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4370/2021 nömrəli, xx.xx.2021-ci il, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1558/2023 nömrəli, xx.xx.2023-cü tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci icra sənədlərinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. İş materiallarında görünür ki, Şəxs AZPARKİNG" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi, ictimai mərkəz/köməkçi işçilər vəzifəsində işləyir. Eyni zamanda tələbin Şəxs əmək haqqısına hər hansı yönəlmə olmamışdır. İcra hərəkətləri natamam aparılmışdır. Bu isə onun tərəfindən İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu X3 əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)- 2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4370/2021 nömrəli, xx.xx.2021-ci il, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1558/2023 nömrəli, xx.xx.2023-cü tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-753/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-753/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver