Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-754/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X7 Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X8 barəsində Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, xx.xx.2023-ci il tarixində saat təxminən 18:30 radələrində ona məxsus BMW markalı **-EG-*** qeydiyyat nömrə nişanlı avtomaşını ilə hərəkətdə olduğu zaman **-YP-*** qeydiyyat nömrə nişanlı avtomaşını ona saxla əmri vermişdir. Maşın yolun kənar hissəsində çəkib saxlamışdır. İnspektor ona yaxınlaşıb işıqforun qadağanedici işığında keçdiyini bildirmişdir. O, protokol yazıb təqdim edilməsini tələb etmişdir. İnspektor ona yaxınlaşıb ailə ilə bir yerdə olduğunu qeyd edərək protokol təqdim və tərtib etməmiş, onu tutmuram deyərək yola salmışdır. O, yoluna davam etdikdən təxminən 15-20 dəq sonra ona sms daxil olmuşdur. İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmağını görmüşdür. Ona məlum oldu ki, inspektor onun hüquqlarını pozaraq iştirakı olmadan protokol tərtib etmişdir. Bu səbəbdən qərarın ləğv edilməsini və barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X8 şikayətə uyğun izahat verərək bildirmişdir ki, ilkin tərtib edilmiş protokol üzrə qərardan şikayət vermiş və məhkəmə tərəfindən ləğv olunaraq yenidən araşdırmaya göndərilmişdir. Daha sonra X12 idarəsinə yaxınlaşmış və ona qayda pozuntusu barədə video görüntü göstərmişlər və yenidən inzibati tənbeh tətbiq etmək barədə qərar qəbul edilmişdir. Lakin o görüntü ilə razılaşmamışdır, heç bir yol hərəkəti qaydasını pozmadığını bildirmişdir. Buna görə də barəsində tərtib olunmuş qərar qanunsuz olduğundan ləğv edilməli və barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, şəxs barəsində tərtib edilmiş qərar tam əsaslıdır. Yol hərəkəti haqqında qanunun tələblərini pozaraq sivetoforun qadağanedici işığında keçmişdir. Bu hal DVD görüntüdə də öz əksini tapmışdır. Həmçinin protokolun qanunsuz tərtib edilməsi ilə bağlı bildirmişdir ki, Elçin Rzayevin ilkin şikayəti əsasında məhkəmə qərarı ləğv edərək yenidən araşdırmaya göndərmiş və tərəfimizdən Elçin Rzayev idarəyə dəvət edilərək bir daha araşdırma aparılaraq qanuni qərar qəbul edilmişidr. Göstərilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddə də nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X6 tərəfindən məhkəmədə təqdim edilmiş DVD diskədən görünür ki, X2 qadağanedici işarəsi yanarkən avtomobilini idarə etmiş və yol hərəkəti qaydalarını pozmuşdur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X3 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsinin məkhəməyə təqdim etdiyi sənədlərdən görünür ki, hadisə olan zaman X8 qadağanedici işarə verilərkən yol nişanlarının tələblərini pozmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X7 Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-754/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-754/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver