Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-756/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin ərazisində qarışıq tərkibli (bərk məişət, istehsal) tullantıların atılaraq qalaqlandığı və bəzi hissələrdə yandırıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 məhkəmə iclasında sənədlər təqdim edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolla razı deyil. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ******* saylı 28 Mart 2024-cü il tarixli X5 ilə Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan xətaları törətməsi nəticəsinə gəlib. Protokolda isə göstərilib ki, Şəxs ASC-nin ərazisində qarışıq tərkibli bərk məişət, istehsalat tullantıların atılaraq qalaqlandırıldığı və bəzi hissələrdə yandırıldığı müəyyən edilib, həmçinin tullantıların qanunamüvafiq idarə olunmadığı müəyyən olunub. Protokolda Şəxs ASC-nin tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsinin hansı normalarının və qaydalının müəyyən edilməsi göstərilməyib. Protokolda sənaye və məişət tullantılarının qalaqlanmasının hansı qaydalarının pozulması, göstərilən tullantıların nə zaman və hansı şəraitdə yandırlıması, yandırılarkən ətraf mühitin mühafizəsinin hansı tələblərinə əməl edilməməsi də göstərilməyib. Tullantılar haqqında qanuna görə tullantıların emalı - onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyətdir. Lakin Şəxs ASC tullantıların email ilə bağlı heç bir məqsədyönlü fəaliyyətlə məşğul olmur, onun fəaliyyəti mülkiyyətində olan ərazisini icarəyə verib gəlir əldə etməkdən ibarətdir. 100 saylı 01 aprel 2023-cü il tarixli icarə müqaviləsi ilə Dərnəgül qəsəbəsi İslam Abışov 20/94-cü məhəllədə yerləşən ərazinin bir hissəsi də 1 il müddətə "xxxx" MMC-yə icarəyə verilib. Müqavilənin 4.3-cü bəndinə görə sanitar gigiyena və yanğından mühafizə qaydalarına riayət etmək icarəçi "ARCAHANMOBİLYA” MMC-nin öhdəliyi olaraq nəzərdə tutulub. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları “ERA" ASC-nin əmlakı olan, bəzi malların itkisiz daşınması üçün xüsusi olaraq hazırlanmış, dəfələrlə istifadə üçün nəzərdə tutulan dəmir avadanlığı tullantı hesab edib, fotoşəkillərini çəkərək protokola əlavə ediblər. Qanunun tələbinə görə isə tullantılar - qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalardır. Qeyd olunanlardan əlavə nəzərə alınmalıdır ki, “ERA" ASC Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin "Kommunal idmətlər Müəssisəsi” MMC ilə öz ərazisində bərk məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsi ilə bağlı 551 saylı 01 fevral 2024-cü il tarixli müqavilə bağlayıb, həmin müqavilə 31 dekabr 2024-cü il tarixədək qüvvədədir. Şəxs Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-nin 266.2 və 271-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokolu ləğv edərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-in 271 və 266.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-ci il tarixli, 054 saylı yoxlama aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji Təhlükəsizlik haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanunlarının və Ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş digər qanunvericilik aktlarının icrasına nəzarət olunması məqsədilə Nərimanov rayonu, Dərnəgül qəsəbəsi İslam Abışov 20/94 ünvanında fəaliyyət göstərən Şəxs Açıq Səhmdar Cəmiyyətinin direktoru kimi təqdim edən X3 iştirakı ilə araşdırma aparılmışdır. Araşdırma zamanı Şəxs Açıq Səhmdar Cəmiyyətinin ərazsində mövcud qanunvericilik tələbləri pozularaq qarışıq tərkibli (bərk məişət, istehsal) tullantıların atılaraq qalaqlandığı və bəzi hissələrdə yandırıldığı müəyyən edilmişdir. Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən tullantıların mövcud qanunvericiliyə uyğun idarə olunması məqsədi ilə heç bir sənəd təqdim edilməmişdir. Bununla da “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 47-ci maddəsinin və“Tullantılar haqqında” Qanunun 7-ci, 8-ci, 9-cu, 10-cu və 11ci maddələrinin tələbləri pozulmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur. İcarədar Şəxs ASC ilə icarəçi “ARCAHANMOBİLYA" MMC arasında bağlanmış 100 saylı 01 aprel 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Şəxs ASC tərəfindən Dərnəgül qəsəbəsi İslam Abışov 20/94-cü məhəllədə yerləşən 100 kv/ m ərazinin hissəsi də 1 il müddətə (01 aprel 2023cü il tarixdən 01 aprel 2024-cü il tarixədək) "xxxx" MMC-yə icarəyə verilib. Müqavilənin 4.3-cü bəndinə görə sanitar gigiyena və yanğından mühafizə qaydalarına riayət etmək icarəçi "ARCAHANMOBİLYA” MMC-nin öhdəliyi olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; AR İXM-in: 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə- vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, iş materillarına yoxlama aktları və əraziyə atılmış tullantıların foto-şəkilləri əlavə edilsə də, həmin tullantıların hansı hüquqi şəxs tərəfindən həmin əraziyə atılması aydınlaşdırılmamışdır. 100 saylı 01 aprel 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Dərnəgül qəsəbəsi İslam Abışov 20/94-cü məhəllədə yerləşən 100 kv/ m ərazinin hissəsi də 1 il müddətə (01 aprel 2023-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək) "xxxx" MMC-yə icarəyə verilib. Müqavilənin 4.3-cü bəndinə görə sanitar gigiyena və yanğından mühafizə qaydalarına riayət etmək icarəçi "ARCAHANMOBİLYA” MMC-nin öhdəliyi olaraq nəzərdə tutulmuşdur. Şəxs ASC-nin tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsinin hansı normalarının və qaydalının müəyyən edilməsi və sənaye və məişət tullantılarının qalaqlanmasının hansı qaydalarının pozulması, göstərilən tullantıların nə zaman və hansı şəraitdə yandırlıması, yandırılarkən ətraf mühitin mühafizəsinin hansı tələblərinə əməl edilməməsi də göstərilməmişdir. Şəxs Açıq Səhmdar Cəmiyyəti tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə hər-hansısa məsuliyyət daşımır. Bu halda məhkəmə hesab edir ki, protokolda göstərilən hallar sübuta yetirilmir. AR İXM-in: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-756/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-756/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver