Məhkəmə qərarları › İş №3(005)-76/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-76/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-76/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsinin inzibati təneh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ilə bağlı X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsinin inzibati təneh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci il təsis edilmişdir. Məişət avadanlıqları idxalı və satış ilə məşğul olan cəmiyyət Almaniyanın “Teka” firmasının Azərbaycandakı rəsmi distrübüteridir.Az müddət fəaliyyət göstərməsinə baxmayaraq böyük uğurlar əldə etmişdir.Şirkət yerli müqavilələrlə yanaşı bir sira beynəlxalq müqavilələrədə imza atmışdır. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin əməkdaşı tərəfindən 28 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 13 dekabr 2024-cü il tarixli, MN № ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunmuşdur. Sözügedən STİNGER 250 ML TENEKE ENERGY DRİNK (24 ədəd) enerji içkisini satış məqsədi ilə deyil dadımlıq olaraq gətirmişdir.Məsula AKSİS markasının alınması üçün 01 may 2024-cü il tarixində Vergilər Nazirliyinə müraciət etmişlər.Müraciətinə 23 avqust 2024cü il tarixində yekun olaraq baxılmış içkilərə aksis verilmişdir.(Aksisin verilməsi xx.xx.2025ci tarixinədək ola bilərdi) Məhsulun istifadə tarixi keçdiyi üçün tərəflərindən istifadə edilməmişdir.Barəsində tərtib edilmiş qərar ağırdır. O, hər hansı hüquqpozma hərəkəti etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X5 şikayətin əsassız olduğunu bildirmişdir və inzibati tənbeh tədbirinin şərti olaraq tətbiq edildiyini söyləmişdir. Məhsullara Agentliyin nümayəndələri tərəfindən baxış keçirilənədək məhsullar heç bir halda istifadə oluna bilməzdi, lakin baxış keçirilməsi üçün Agentliyin nümayəndələri getdikdə məhsulların olmadığını aşkar etmişlər və müəssisənin nümayəndəsi istehsal müddəti keçdiyi üçün məhsulların məhv edildiyini bildirmişdir. Qeyd olunan hal qanunvericiliyin tələblərinə ziddir. Buna görə də şikayət əsassızdır və təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxt barəsində məlumat verilməyinə baxmayaraq şikayəti verən şəxs məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat vermişdir. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini uyğun hesab etmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 4000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə təqdim edilmiş izahatlardan aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhsullar məhv edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar barəsində qərar qəbul edilmiş şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, X1nun inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar