Məhkəmə qərarları › İş №3(005)-773/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-773/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-773/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-00621/23 nömrəli, 06 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İntek X1 Gemi Sanayi ve Ticaret Limited” şirkətinin ARdakı filialının (VÖEN: **********) ünvanına Türkiyə Respublikasından 34ZA4242/34DD1104 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yükü **********2985 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2016-cı il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********2985 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2016-cı il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2016-cı il tarixində bitməsinə baxmayaraq E**********985 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş Şəxs şirkətinin AR-dakı filialı tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Bildiririk ki, **********2985 sorğu nömrəli 01,08.2014-cü il tarixli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 32438.44 manat təşkil edir. Tərəfimizdən 1400-013/0xx-xx/001512 nömrəli xx.xx.2023-cü il tarixli və 1400-013/007- 24/001885 nömrəli 21,02.2023-cü il tarixli məktubla şirkətin direktoru Bakı Bas Gömrük idarəsinə dəvət edilmiş və dəvət üzrə gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Bununla da Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********2985 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2016-cı il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2016-cı il tarixində bitməsinə baxmayaraq E**********985 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş Şəxs şirkətinin AR-dakı filialı tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. xx.xx.2014-cü il tarixli, **********2985 saylı gömrük bəyannaməsindən görünür ki, Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən gömrük qara metallardan borular və qaya süxurlarının torpaqa qazılması üçün alətlər və qazan maşının hissələri yükü müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir; Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixində bitməsinə baxmayaraq E**********985 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş Şəxs şirkətinin AR-dakı filialı tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Bununla da Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İXM-in 499.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130-cu maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. İXM-in 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “İNTEK X1 GEMİ SANAYİ VE TİCARET LİMİTED ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “İNTEK X1 GEMİ SANAYİ VE TİCARET LİMİTED ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “İNTEK X1 GEMİ SANAYİ VE TİCARET LİMİTED ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə tənbeh tədbiri tətbiq edilsin (gömrük dəyəri 32438.44 manat, qara metallardan borular və qaya süxurlarının torpaqa qazılması üçün alətlər və qazan maşının hissələri yükü). Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar