Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-774/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru məmuru X9 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə saat 12:00-da Bakı şəhəri Ağa Neymətulla 23 ünvanında Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4582/2021 saylı, xx.xx.2021-ci il tarixli irca sənədi üzrə tələb Şəxs tələb olunmuş lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4532/2021 saylı 13.12 2021-cı il tarixli icra sənədinə əsasən "Kia Picanto" minik markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobilə dair X6 (X3 əvəzinə) ilə Şəxs arasında xx.xx.2021-ci ıl tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi ləğv edilməli, Şəxs “Kia Picanto” minik markalı **-VM-*** qeydiyyatı nişanlı avtomobil və 20 manat dövlət rusumu alınaraq tələbkar X2 qaytarılmaldır. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci iİ tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tələbkara və məhkəməyə göndədlmişdir. İcraata başlamaq haqqında qərar xx.xx.2024-cü il tarixdə borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun mülkiyyətində olan “Kia Picanto” minik markalı 90- VM-733 dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsinin yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən “borclunun əmlakının axtarılması haqqında” qərar qəbul edıiərək icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə göndərilmiş, lakin hazıradək müsbət nəticə əldə olunmamışdır Eyni zamanda borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından bərəsində 22.01 2024-cü il tanxdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Nərimanov Rayon Polis idarəsinə göndərilmiş, borclu barəsində axtarış işi açılmış 11 03.2025-cı il tarixdə Şəxs şəxsiyyətini təsdiq edən sənədlə birlikdə şöbəyə təhvil verilmiş, ondan izahat alınmış, borclu izahatında icra sənədində təhvii verməli olduğu nəqliyyat vasitəsinin onun istifadəsində olmadığını, ümumiyyətlə heç vaxt həmin əmlakdan istifadə etmədiyim, müqavilənin dostunun xahısı ilə onun adına rəsmiləşdirildiyini,. aldığı məlumata görə avtomobilin Bakı şəhəri, Qaradağ rayonu. Müşviqabəd qəsəbəsində bır xanım tərəfindən qanunsuz idarə edildiyini atasının səhhəti ağır olduğundan avtomobilin yerim müəyyən etmək üçün zamanının olmadığını, möhlət veriləcəyi təqdirdə avtomobili idarə edən şəxsin şəxsiyyətim və ünvanını müəyyən edə biləcəyim qeyd etmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə bağlı "Kıa Picanto" minik markalı. **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobilin təfvl verilməsi tələb olundu lakin borclu bunun hazırda mümkün olmadığını bildirdi. Bununla da borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X9 protokola uyğun izahat verərək, müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından boyun qaçırmır, borcunu qısa zaman içərisində ödəyəcəyini bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş bu barədə məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan məhkəmə prosesini davam etdirilməsini uyğun hesab etmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4582/2021 saylı 13.12 2021-cı il tarixli icra sənədindən görünür ki, İddiaçı X1 cavabdoh Şəxs qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, avtomobilin geri qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, “Kia Picanto” minik markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobilə dair X6 (X4 əvəzinə) ilə Şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ilkin alq-satqı müqaviləsi ləğv edilmiş və cavabdeh Şəxs “Kia Picanto” minik markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobil alınacaq iddiaçı X2 qaytarılmışdır. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4582/2021 saylı 13.12 2021-cı il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək tələbkəra borcunu ödəməmişdir və borcun hissə-hissə icra olunması barədə məhkəməyə müraciət olunmamışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-774/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-774/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver