Məhkəmə qərarları › İş №3(005)-775/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-775/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-775/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Natiq Mamedovun iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 239-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs ASC barəsində İXM-in 239-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 06 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 775/2023 saylı qərarından görünür ki, Şəxs MMC-nin barəsində İXM-in 239-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam veirlməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-887/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 3(005)-775/2023 saylı qərarının ləğv edilməsi və iş materiallarının yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı aparılmamış və hesabatlar təqdim edilməmişdir. Nəticədə Şəxs ASC tərəfindən İXM-in 239-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, ilkin olaraq işə baxan hakim Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC tərəfindən rəsmi statistik hesabatların (sudan istifadəyə dair, təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair və atmosfer havasına atılan zərərli maddələrə dair) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edildiyini və xx.xx.2023-cü il tarixdə “Rəhimzadə” soyadlı şəxs tərəfindən qaiməyə imza edilməklə qəbul edildiyini” bununla da inzibati xəta tərkibinin yaranmadığını əsas gətirərək xitam vermişdir. İdarədə “Rəhimzadə” soyadlı əməkdaş mövcud deyildir (nə xx.xx.2023-cü il tarixdə, nə də ki ondan əvvəlki və sonrakı dövlərdə “Rəhimzadə” soyadlı əməkdaş olmamışdır, həmçinin xx.xx.2023-cü il tarixdə (ondan əvvəlki yə ya sonrakı dövrlərdə) Şəxs MMC tərəfindən 2022-ci hesabat ili üçün rəsmi statistik hesabatlar (sudan istifadəyə dair, təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair və atmosfer havasına atlian zərərii maddələrə dair) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim olunmamışdır. Əgər hesabatlar xx.xx.2023-cü il tarixdə İdarəyə təqdim olunmuşdursa, nəyə görə xx.xx.2023-cü il tarixli 3-14-26/2-0100/2023 saylı məktubla İdarə tərəfindən statistik hesabatların təqdim olunmaması ilə bağlı Şəxs MMC-yə müraciət etdikdə MMC tərəfindən bu barədə hec bir məlumat verilməmiş, hesabatların İdarəyə təqdim olunduğu bildirilməmişdir. İdarə tərəfindən xx.xx.2022-ci il tarixli, 26/1389 saylı məktubla Şəxs MMCyə müraciət edilərək, 2023-cü il 25 yanvar tarixinə kimi 2022-ci hesabat ili üçün rəsmi statistik hesabatların hazırlanaraq İdarəyə təqdim olunması və razılaşdırılması xahiş olunmuş, lakin MMC tərəfindən hesabatlar təqdim olunmamışdır. Təkrar olaraq İdarə tərəfindən xx.xx.2023-cü il tarixli, 3-14-26/2-0100/2023 saylı məktubla MMC-yə müraciət edilərək hesabatların təqdim olunmadığı və bununla əlaqədar zəruri məlumatların və sənədlərin xx.xx.2023-cü il tarixdə İdarəyə təqdim olunması üçün səlahiyyətli nümayəndənin göndərilməsi xahiş olunmuş, lakin MMC təkrar səlahiyyətli orqanın müraciətinə laqeyd yanaşaraq İdarəyə nümayəndə göndərməmiş, zəruri sənəd və məlumatları İdarəyə təqdim etməmişdir. Odur ki, MN seriyalı ******* nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Natiq Mamedov izahatında göstərdi ki, inzibati xəta haqqında protokol tərtib edilərkən MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs ASC barəsində İXM-in 239-cu maddəsi ilə tərtib edilən MN seriyalı ******* nömrəli, 06 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 mart 2023-cü il tarixli, 78439 saylı monitorinq aktından görünür ki, idarənin xx.xx.2023-cü il tarixli, 049 nömrəli sərəncamına əsasən Şəxs MMC tərəfindən ətraf mühiin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ətraf mühitin müəssisə istehsalat monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar) tələblərinin qanunun 24-cü maddələrinin ətraf mühitin çirkləndirilməsinə və təbii resuslardan istifadəyə görə ödənişlər), eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ətraf mühitinin çirkləndirilməsinə görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırmaq, təbiətdən istifadəçilərdən X3 sahəsində fəaliyyətini tənzimləmək və onların məsuliyyətini artıqmaq məqsədilə xx.xx.2022-ci il tarixli 308 N°-li qərarları ilə təsdiq edilmiş yeni ödəniş normativləri əsasında ödənişlərin X3 üzrə Dövlət Fonduna ödənilməsi tələblərinin yerinə yetirilməsi ilə bağlı tərəfimizdən araşdırılma zamanı "SPARK” MMC-nin əsas fəaliyyət istiqamətini, beton istehsalı daşınması, pompalama işləri və bununla bağlı digər texniki işlər olduğu müəyyən olundu. Qanunvericiliklə müəyyən edilmiş yuxarıda qeyd olunan bu məsələlərin həlli ilə bağlı idarə tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli 26 (1389N°-li xəbərdarlıq məktubu əlbəəl "SPARK” MMC-nin (VÖEN **********1) istehsalat üzrə texniki direktoru Ercüment Dayıoğluna (tel. *** *** ** **) təqdim edilərək müvafiq maariflərndirmə aparılmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq "SPARK” MMC tərəfindən qeyd edilənlərlə bağlı müvafiq tədbirlər görülməmiş və xx.xx.2023-cü il tarixli 3-14-26/2- 0100/2023 N-li bildiriş əlbəbəl Ercüment Dayıoğluna təqdim edilərək müəssisənin səlahiyyətli şəxsi və yaxud səlahiyyətli nümayəndəsi inzibati araşdırılma aparılması üçün idarəyə dəvət olunmuşdur. Özünü "SPARK” MMCnin hüquqşünası kimi təqdim edən Natiq müəllim adlı şəxs (tel. *** *** ** **) əlaqə saxlayaraq məsələdən xəbərdar olduqlarını bildirmiş, lakin müəssisə tərəfindən istehsalat monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı ilə bağlı zəruri məlumatlar və hesabatlar qanuna müvafiq olaraq idarəyə təqdim olunmamış və bununla bağlı hər hansı izahat verilməmişdir. Nəticədə"SPARK” MMC tərəfindən X3 haqqında Azərbaycan Respublikası Qanununun 18 və 24-cü maddələrinin tələbləri pozulmuş, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 122 saylı qərarının tələblərinə əməl olunmamış və Azərbaycan Respublikası İXM-in 239-cu maddəsi ilə inzibati xəta törədildiyi müəyyən olunmuşdur. xx.xx.2022- ci il tarixli 26/1389 nömrəli xəbərdarlıq məktubu və xx.xx.2023cü il tarixli 3-14-26/2-0100/2023 nömrəli bildirişin surəti akta əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023- cü il tarixli "SpARK” MMC-nin rəhbərliyinə ünvanlanmış məktubundan görünür ki, ‘‘X3 haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli, 122 nömrəli Qərarına, həmin qərara edilmiş dəyişikliklər barədə 17 avqust 2022-ci il tarixli, 308 nömrəli Qərarla təsdiq edilmiş yeni ödəniş normativlərinə əsasən "SPARK” MMC-nin istehsalat monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılması və ətraf mühitə atılan (axıdılan və yerləşdirilən) tullantılara görə hesablanmış ödənişlərin hər ayın 10- dan gec olmayaraq "X3 üzrə Dövlət Fondu”na ödənilməsinin təmin edilməsi ilə əlaqədar MMC-yə xx.xx.2022-ci il tarixli, 26/1389 nömrəli məktubla müraciət olunmuş, lakin MMC tərəfindən bununla bağlı idarəyə heç bir məlumat təqdim edilməmiş və ödənişlərin qeyd edilən fonda ödənilməsi təmin edilməmişdir. Odur ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2023cü il tarixdə saat 10:00-da səlahiyyətli nümayəndənin (etibarnamə ilə birlikdə) göndərilməsi xahiş olunur. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 59.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən intina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir və göstərilən tarixdə üzrlü səbəb olmadan idarəyə gəlinməsə və ya həmin tarixə qədər gəlməmələrinin səbəbləri barədə İdarəyə məlumat verilməsə barəsində olan inzibati xəta haqqında işə iştirakları olmadan baxılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan hesabatlara əsasən, "SPARK” MMC tərəfindən rəsmi statistika hesabatları (sudan istifadəyə dair; təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair; atmosfer havasına atılan zərərli maddələrə dair) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi və həmin hesabtların xx.xx.2023-cü il tarixdə "Rəhimzadə” soyadlı şəxs tərəfindən qaiməyə imza edilməklə qəbul edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin Şəxs MMC tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən hüquqi şəxs məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından, hüquqi şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8.500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar