Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-776/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, «xxxx» Firmasının direktoru X1 vəkili və nümayəndəsi- Fides Vəkil Bürosunun vəkili Vəkil inzibati tənbeh vermə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: «xxxx» Firmasının direktoru X1 vəkili və nümayəndəsi- Fides Vəkil Bürosunun vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xxxx» Firmasının direktoru X1 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X2 tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı protokolun və həmin həmin protokol əsasında 700 manat məbləğində cərimə edilməsinə dair qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Belə ki, şikayətçi «xxxx» Firmasının direktoru X1 vəkili və nümayəndəsi- Fides Vəkil Bürosunun vəkili Vəkil mübahisələndirdiyi inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətini şikayət ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən hal isə, yəni şikayət verilmiş qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də «xxxx» Firmasının direktoru X1 vəkili və nümayəndəsi- Fides Vəkil Bürosunun vəkili Vəkil şikayəti geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: «xxxx» Firmasının direktoru X1 vəkili və nümayəndəsi- Fides Vəkil Bürosunun vəkili Vəkil inzibati tənbeh vermə qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması şikayətçi «xxxx» Firmasının direktoru X1 vəkili və nümayəndəsi- Fides Vəkil Bürosunun vəkili Vəkil izah edilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-776/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-776/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver