Məhkəmə qərarları › İş №3(005)-776/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-776/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-776/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X10, X26 Xidmətinin nümayəndəsi X19 iştirakı ilə, X16 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 fevral 2024-cü il tarixində Abşeron rayon İcra Şöbəsindən ona bildirdilər ki, X10 barəsində Əmək Müfəttişliyi müvafiq qərar qəbul edib və o, İXMnin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 4000 manat cərimə edilmişdir. Bundan sonra sonra X7 Müfəttişliyinə qərarın surətini ona rəsmi rarədə müraciət etsə də, rədd cavabı almışdır. Daha sonra 12 fevral 2024-cü il tarixdə X16 icra məmurundan həmin qərarın surətini ona verilməsini xahiş etsə də, surətini ona vermək istəməmişdir. Çoxsaylı zənglərdən sonra icra işindən X2 təqdim etmişdir. Qərarla tanış olduqdan sonra, Əmək X1 X11 əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar onu İXM-nin 192.1 maddəsilə 4000 manat məbləğində etmişdir. Qərar qanunsuz olduğuna görə ləğv edilməli və inzibati xətalara dair iş üzrə icraata xitam verilməlidir. X15 fərdi sahibkardır, dırnaq ustasıdır. X6 ona istifadəyə qeyri-yaşayış sahəsini vermiş, X17 isə Məmmədova Türkanənin rəfiqəsidir. Tez-tez onun yanına gəlib ondan işi öyrənirdi. X16 nə Türkanə ilə nə də Zümrüd ilə mən əmək müqaviləsi bağlamalı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında 30 oktyabr 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməsi və X16 barəsində İnzibati Xətalara dair işlər icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X16 bildirdi ki, X17 və X9 o işə qəbul etməmişdir. Hər bir şəxs ayrıca olaraq VÖEN açmışdır. Belə olan halda X4 Zümrüd Rasim qızı və X15 ilə əmək müqaviləsi bağlamağın mümkün olmadığını bildirmişdir. Belə ki, onlar arasında əmək hüquq münasibətləri deyil, mülki hüquq münasibətləri mövcuddur. O, məhkəmə iclasında şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X26 Xidmətinin nümayəndəsi X29 bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarını müdafiə edərək X16 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X17 və X15 əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş (kontratı) hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X5 tərəfindən AR İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 4.000 manat cərimə edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 25 yanvar 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın və müvafiq bildirişlərin surətindən görünür ki, borclu X14 icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. 04 oktyabr 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icayə verən X22 və icarəçi X16 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən icayə verən X22 Bakı şəhəri, Nərimanov rayonu, X31 prospekti, 47 E ünvanında yerləşən ümumi sahəsi 763.1 kv/m olan qeyri-yaşayış sahəsinin 49.5 kv/m olan hissəsini icarəçi X14 icarəyə vermişdir. 16 oktyabr 2023-cü, 01 avqust 2023-cü il tarixli sub icarə müqavilələrindən görünür ki, icayə verən X16 və icarəçi X15 arasında sub icarə müqavilələri bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən icayə verən gahova Tərifə Hidayət qızı Bakı şəhəri, Nərimanov rayonu, X31 prospekti, 47 E ünvanında yerləşən ümumi sahəsi 763.1 kv/m olan qeyri-yaşayış sahəsinin 49.5 kv/m olan hissəsində müvafiq olaraq 5.0 kv/m və 8.0 kv/m sahələri icarəçiyə öz sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün sub icarəyə vermişdir. İş materiallarında olan sənədlərdən və qəbzlərdən görünür ki, X15 fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxsdir . İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, X14 məxsus ********** saylı №(VÖEN) mövcuddur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İXM-in: 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXM-in 12.1-ci maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi X4 Zümrüd Rasim qızı və X15 ilə əmək müqaviləsi bağlamalı deyil. Tərəflər arasında yaranan hüquq münasibətləri əmək qanunvericiliyi normaları ilə deyil, mülki qanunvericilik normaları ilə tənzimlənməlidir. X4 Zümrüd Rasim qızı və X15 arasında icarə münasibətləri mövcuddur. Eyni zamanda iş materiallarından da göründüyü kimi X16 və X8 hər birinin VÖEN-i vardır. Məhkəmə qeyd edir ki, X16 tərəfindən işəgötürən kimi işçi X17 və X8 əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X26 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, X4 Zümrüd Rasim qızı və X15 arasında icarə münasibətləri mövcuddur. Bu hal müfəttişlik tərəfindən araşdırılmamışdır. X26 vəzifəli şəxs kimi X12 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X10 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X16 tərəfindən işəgötürən kimi işçi X17 və X8 əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı hər hansı hüquqlarının pozulması təqdim edilmiş sübutlarla müəyyən olunmur, yalnız ehtimallara əsaslanaraq X10 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir ki, bu barədə qəbul edilən qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, qərarın surəti yenidən araşdırma aparılması üçün həmin orqana qaytarılmalıdır. Araşdırma zamanı inzibati orqan X12 şikayətində göstərilən halların təsdiq edilməsi üçün mötəbər sübutlar əldə etməli və əldə edilmiş sübutlara əsasən qərar qəbul edilməlidir. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar