Məhkəmə qərarları › İş №3(005)-788/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-788/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-788/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs "xxxx" QSC-nin direktoru X1 vəkili “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şikayət vermiş şəxs "xxxx" QSC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" QSC-nin direktoru X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə MN0024029 nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar ilə X2 barəsində 1500 manat cərimə tətbiq edilmişdir. X5 Xidməti tərəfindən qəbul edilmiş həmin qərarla razı olmadığını bildirir və İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş şikayət hüququndan istifadə edərək həmin qərarı məhkəmədə mübahisələndirmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vətəndaş X4 müddətli əmək müqaviləsinin bitmə tarixinin xx.xx.2025-ci il tarixində olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. Göstərilənlərə əsasən "xxxx" QSC-nin direktoruna vəzifəli şəxs kimi 1500 (min beş yüz manat) cərimənin şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Həmin qərarda, törədilmiş hüquq pozuntusunun aradan qaldırılması halında cərimənin ödənilməməsi öz əksini tapmışdır. X8 xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi ilə işə "xxxx" QSC-də işə başlamışdır. Əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir. Həmin əmək müqaviləsinə 2025-ci ilin yanvar ayının 17-ə qədər davam etmişdir. "xxxx" QSC-nin 10 dekabr 2024-cü il tarixli “Əmək müqaviləsinin müddətinin bitməsi barədə” xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə Oruc Orucova şəxsən özünün imzalayaraq götürməsi yolu ilə təqdim edilmişdir. Həmin məktubun məzmunundan aydın olur ki, Orucov Oruca əvvəlcədən müddətli əmək müqaviləsinin ləğvi barədə məlumat verilmişdir. Əmək müqaviləsinin ləğvi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə 17 yanvar tarixində əmək müqaviləsinə xitam veriləcəyi Oruc Orucovun nəzərinə çatdırılmışdır. Əmək Məcəlləsinin müvafiq maddələrinin təhlilindən aydın olur ki, xx.xx.2023-cü il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti ertəsi günü yəni, xx.xx.2023-cü gündən başlayır və müddəti 3 ay müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən tərəflər etiraz etmədiyi üçün müddət uzanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda isə işəgötürən işçiyə kifayət qədər əvvəldən məlumat vermiş və Orucov Oruc müddətli əmək müqaviləsinin ləğvindən 1 aydan artıq müddət öncə məlumatlı olmuşdur. Orucov Oruc ilə bağlanılmış müddətli əmək müqaviləsinin başlanması və bitməsinə nəzər yetirdiyimiz zaman isə, əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanıldığından Əmək Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən yəni, xx.xx.2023-cü il tarixdən başlayır. Beləliklə, müqavilənin müddəti aylarla ölçüldüyü üçün müddətlərin tərəflərin etiraz etməməsi səbəbindən uzadıldığı dövrlər aşağıdakı kimi olmuşdur:1) xx.xx.2023-xx.xx.2023; 2) xx.xx.2023-xx.xx.2023; 3) xx.xx.2023-xx.xx.2024; 4) xx.xx.2024-xx.xx.2024; 5) xx.xx.2024-xx.xx.2024; 6) xx.xx.2024xx.xx.2024; 7) xx.xx.2024-xx.xx.2025. Qeyd olunmuş 3 aylıq müddətlər ardıcıllıqla qeyd edilmişdir. Sonuncu müddətin sonuncu gününün yanvar ayının 17-ə təsadüf etdiyini nəzərə alaraq, işəgötürən Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət edərək sonuncu iş günü, yəni 17 yanvar 2025-ci il tarixdə əmək müqaviləsini ləğv edilməsi barədə əmr imzalamış və son haqq-hesab işçiyə təqdim olunmuşdur. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, X5 Xidmətinin Bakı Şəhər İdarəsinin tətbiq etdiyi cərimə əsassız və qanunsuzdur, buna görə də ləğv edilməlidir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, şikayət vermiş şəxs inzibati xəta haqqında protokolun əsassız və qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edildiyini bildirsə də, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. Qərar tam qanuni olduğundan verilmiş şikayət ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin vəkili Vəkil verilən şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Orucov Orucun inzibati orqana olan müraciətinin hansı ki, işdən 1 gün gec çıxarılması ilə bağlı olmaması halını nəzərə alaraq, X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən inzibati icraat düzgün aparılmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin, 81-1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 191.2ci, 192.1-ci, 192.3-ci, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin məlumatlarından istifadə edilir. Orucov Orucun müraciəti hansı ki, 192.6-cı maddə ilə bağlı olmadığından, inzibati orqan elektron informasiya sistemində olan məlumatlardan istifadə edərək inzibati xəta haqqında iş üzrə icraat başlaya bilməzdi. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini və X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN0024029 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN0024029 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 "xxxx" QSC-nin X3 “xətt baxıcısı” vəzifəsinə işə götürülmüşdür. İşçinin işə başlama tarixi xx.xx.2023-cü il qeyd olunmuşdur. "xxxx" QSC tərəfindən X6 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, onunla bağlanmış xx.xx.2023-cü il tarixli 1644 nömrəli əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə bitməsi ilə əlaqədar həmin əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" QSC tərəfindən X4 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. "xxxx" QSC-nin direktoru Xətai Hətəmov tərəfindən təsdiq edilmiş 077/K №-li əmrdən görünür ki, müəssisənin X3 xətt baxıcısı vəzifəsində çalışan X4 əmək müqaviləsi AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddədə həmin əsaslardan biri kimi əmək müqaviləsinin müddətinin qurtarması qeyd edilir. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər o vaxt yaranmış, mövcud olmuş ola bilər ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyini təsdiq edən sübut və dəlillər olsun və ən əsası pozulması istinad edilən həmin bu tələblər birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsində öz əksini tapmış olsun. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən isə müəyyən olunur ki, "xxxx" QSC-də xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən “xətt baxıcısı” vəzifəsində çalışan X4 əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, eyni zamanda işçiyə bununla bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından "xxxx" QSC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. "xxxx" QSC-nin direktoru X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar