Məhkəmə qərarları › İş №3(005)-789/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-789/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-789/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” inzibati tənbeh vermə haqqında 27 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə bağlı X9 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 Okay Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, barəsində İnzibati xəta haqqında icraat aparılan X18 '‘Apaydın Tatil” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru kimi fəaliyyət göstərməkdədir. Baş Prokurorluq tərəfindən şirkət barəsində aparılan araşdırmalarla bağlı xx.xx.2025-ci il tarixində "xxxx" MMC-nin əməkdaşları Baş Prokurorluğa çağırılmış və hər birindən izahat alınmışdır. Araşdırma zamanı əməkdaşların hər biri dindirilmiş, onlara müvafiq suallar ünvanlanmışdır. Əməkdaşların hər birinə digər əməkdaşların nə zaman işə alınması barədə sual yönəldilmişdir. Əməkdaşlar isə öz xatırladıqları zamanı bildirmişdir, xüsusən də, X2 nə zaman işə alınması barədə sual verilmiş və buna cavab isə işçilərin hər biri tərəfindən təxmini olaraq 2024-cü ilin yay və sentyabr aylarında olmuşdur. Həmin izahatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən həm hüquqi şəxs kimi "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edərək Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərmiş, həm də vəzifəli şəxs kimi X18 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün işin matreallarını X8 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlamışdır. İlk növbədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən təqdim olunan qərarın məzmununda X2 16 sentyabr 2024-cü il tarixində işə başlamasına baxmayaraq xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanması barədə iddia irəli sürülür. Bununla bağlı X10 və "Apaydın Tatil” MMC-nin digər əməkdaşlarının kadrlar üzrə mütəxəsis X1; yığım üzrə mütəxəssis: X7, yığım üzrə mütəxəssis: X3 izahatları əsas sübutedici amil qismində çıxış etməkdədir. Təqdim olunmuş qərarda müəssisədə xadimə vəzifəsində çalışan Elza Əzizovanın əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi barədə hər hansı fakt və ya sübut göstərilməməkdədir. Həmçinin Baş Prokurorluq tərəfindən təqdim olunan "xxxx" MMC-nin əməkdaşlarına məxsus izahat mətnlərində Elza Əzizovanın işə qəbul tarixləri təxmini olaraq bildirilir. AR Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən tərtib edilmiş qərar tam şəkildə araşdırılmamış, işçilər tərəfindən verilmiş təxmini izahatlara əsasən tərtib edilmiş, əlavə hər hansı sübut və ya fakt onlar tərəfindən aşkar olunmamışdır. Bildirir ki, Elza Əzizova və digər əməkdaşların Elza Əzizovanın işə qəbul olunma zamanı kimi sentyabr ayını xatırlama səbəbi sentyabr ayının ortalarında Elza əzizova işə qəbul olunmaq üçün insan resursları və rəhbərliklə müsahibə mərhələsinə dəvət olunmasıdır. Görüşdən sonra Şirkət rəhbərliyi tərəfindən ona işə qəbulla bağlı qısa müddət ərzində geri dönüş edəcəkləri bildirilib və daha sonra işə götürülməsi barədə məlumat ona təqdim edilib, o, ofisə dəvət olunub. Oktyabrın 3-ü tarixində Elza Əzizova ilə əmək müqaviləsi bağlanılıb və bundan sonra müəssisədə xadimə kimi işləməyə başlayıb. Digər bir yandan izahatlarda yay ayları ifadəsi havaların isti keçməsi ilə əlaqədardır. Nəticə hər kəs tərəfindən isti hava şəraiti yay ayları ilə əlaqələndirilir. Bu səbəbdən də verilmiş izahatlarda əməkdaşlar Elza Əzizovanın işə qəbulu tarixi təxmini olaraq 2024cü ilin yay ayları kimi xatırlaтmaqdadır. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin xx.xx.2025-ci il tarixli 25-1-0-0/000-1971-4 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin qəbul etdiyi 27 fevral 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarına əsasən, X18 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə müvafiq olaraq, 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 fevral 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X12 şikayətin əsassız olmasını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X15 iştirak etməmişdir və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 fevral 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 3000 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs - X18 barəsində Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X5 ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli 119 saylı Əmrdən görünür ki, X5 "xxxx" MMC-də xadimə vəzifəsinə təyin edilmişdir. X5 tərəfindən yazılmış izahatdan görünür ki, Elza Əzizova 2024-cü ilin sentyabr ayının 16-dək Kəpəz hospitalda xadimə işlədiyini, həmin tarixdən etibarən isə "xxxx" MMC-də xadimə işlədiyini, xx.xx.2024-cü il tarixində işə qəbul olunsa da, səhv etmirsə xx.xx.2024-cü il tarixində onunla əmək müqaviləsi bağlanıldığını, şirkətin əsas fəaliyyətinin turizm ilə bağlı olduğunu qeyd etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-476/2025 saylı. xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, məhkəmə iş materiallarını nəzərdən keçirir və belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 fevral 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilən əsaslarla məhkəmə şikayətçi X9 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 27 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar