Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-791/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X5 Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 06 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 02.02.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətdə olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat təqdim edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 3(005)- 791/2021 nömrəli qərarına əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 27.05.2021-ci il tarixli, 3(103)-1237/2021 saylı qərarına əsasən Şəxs apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-791/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X5ndən Şəxs MMC-yə 02 fevral 2021-ci il tarixdə sorğu daxil olduqdan sonra rəhbərlik tərəfindən məsələyə ciddi yanaşılmış və sorğuya rəsmi cavab 04 fevral 2021-ci il tarixdə cavab verilmişdir, 05 fevral 2021-ci il tarixdə Nərimanov RPİ DYPŞ tərəfindən qəbul edilmişdir. Qəbul edilmiş 04 fevral 2021-ci il tarixli 132-05/042 saylı məktubun surətinin üzərində Nərimanov RPİ DYPŞ-nin əməkdaşının imzası mövcuddur. Buna görə də hesab edirlər ki, Şəxs MMC tərəfindən İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X4 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portalının çıxarışından görünür ki, Şəxs MMC tərəfindən balansında olan “TX London Taxı” minik markalı, **-TA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 18.11.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X5ndən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs MMC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və 02.02.2021-ci il tarixdə “Əliyev” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. Şəxs MMC-nin 04.02.2021-ci il tarixli, 132-05/042 nömrəli məktubdan görünür ki, Şəxs MMC-yə məxsus olan nəqliyyat vasitələrini idarə edən sürücülərin yol verdiyi inzibati xətalarla bağlı “London Taxı TX4” minik markalı **-TH-***, **-TH-*** dövlət qeydiyyat nişanlı və “TX London Taxi” minik markalı **-TA-***, **-TA-***, **-TA-*** və **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə edən sürücülər barəsində məlumatlar göndərilmiş və 05.02.2021-ci il tarixdə “Ağalıyeva A” tərəfindən qəbul edilmişdir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tərəflərin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-791/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-791/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver