Məhkəmə qərarları › İş №3(005)-794/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-794/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-794/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 nümayəndəsi və vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X12 barəsində qəbul olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolun və bu protokol əsasında səlahiyyətli orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın “müəyyən edildi” hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, vətəndaşlar X20 və X10 xx.xx.2025-ci il tarixdən, X13 08.01 2025-ci il tarixdən hazırkı tarixədək "Evakuator.AZ” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Göründüyü kimi bu faktı əsas götürən DƏMX-nin Bak.ı şəhər İdarəsi "xxxx" MMC-nin direktoru X12 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir.Sözügedən protokola əsasən şirkət, xx.xx.2025-ci il tarixli MN1869977 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən şirkətin direktoru X3 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli hesab olunmuşdur.Hesab edir ki, X15 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir: DƏMX-in "xxxx" MMC-nin direktoru X8 ünvanladığı məktunda qeyd olunanın əksinə, bildirir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmır. Azərbaycan Respublikasında iş icazəsi yalnız əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün alınır və o da, xüsusi ərazi ilə məhdudlaşmır. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sisteminə şəxslərin adı, həmin əraziyə maneəsiz giriş-çıxış məqsədilə daxil edilir.DƏMX-nin iddiasının əksinə olaraq adlarını qeyd etdikləri şəxslər müxtəlif tarixlərdə “Evakuator.AZ" MMC ilə əmək müqaviləsi bağlamış, lakin bir müddət sonra əmək müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilən şəxslərdir (xitam bildirişləri qoşmaya əlavə edilir). Həmin şəxslər Qaıabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş5' informasiya sisteminə əmək müqaviləsi qüvvədə olan dövrdə daxil edilmiş və əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin adlarının sistemdən çıxarılmasına dair müvafiq qaydada müraciət edilmişdir. Göründüyü kimi şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı birmənalı şəkildə baş verməmişdir.Həmçinin, DƏMX-ə də məlum olduğu kimi əmək müqaviləsinə xitam verilən şəxslərin adlarının siyahıdan çıxarılması birbaşa olaraq şirkətimizin sərəncamında deyildir. Bu səbəbdən həmin şəxslərin adlarının çıxarılması üçün dərhal tərəfimizdən müvafiq orqana müraciət edilir. Həmin orqan tərəfindən isə müvafiq dövlət orqanına müvafiq qaydada müraciət göndərilir. Göründüyü kimi birbaşa olaraq şirkətimiz tərəfindən həyata keçirilmədiyinə görə prosedur uzanır və bu müddət uzanmalarının qarşısını almaq Şirkətimizin səlahiyyətindən tamamilə kənar olan məsələdir.Qeyd olunanları nəzərə alaraq bir daha diqqətinizə çatdırırıq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi, bu ərazilərə maneəsiz giriş-çıxışın tənzimlənməsi məqsədilə yaradılmışdır. Hesab edir ki, həmin informasiya sisteminin məlumatlarını ətraflı təhlil etmədən və dəqiq araşdırma aparmadan girişinə icazə verilən şəxslərin əmək müqavilələrinin olmaması yanaşması yanlışdır və təcrübə də göstərir ki, bu cür dəyərləndirmə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarır və qanunvericilikdə də buna dair hər hansı imperativ tələb yoxdur. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda isə inzibati xətanın hansı müəyyən edilmiş sübutlarla təsdiq edilməsi hissəsində “Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlar” əsasında təsdiq edildiyi qeyd edilmişdir. Hazırkı materialda “Evakuator.AZ Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə hüquqi şəxsin “Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlar əsasında müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Hazırkı materialda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə hüquqi şəxsin “Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlar” əsasında müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Bunun DƏMX tərəfindən edilməsi isə mümkün deyil, çünki Evakuator.AZ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən belə bir hala yol verilməmiş və yol verilməsidə qeyri-mümkündür. Belə ki, bəhs edilən qərarın müəyyən edildi hissəsində X14 və X5 xx.xx.2025-ci il tarixdən, X9 isə xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək işlərin yerinə yetirilməsinə cəlb edildikləri yazılmışdır. İlk iki şəxsin əmək müqaviləni xx.xx.2025-ci ildə, sonuncunun isə əmək müqaviləsinə xx.xx.2025-ci ildə tərəflərin qarşılıqlı razılığı əsasə ildə tərəflərin qarşılıqlı razılığı əsası ilə xitam verilmişdir. Yəni bu şəxslərin hər hansı bir iş cəlb edilməsi qeyri-mümkündür. Həmçinin DƏMX tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, X12 dəvət edilmiş, lakin iştirak etməmişdir. Qeyd edək ki, protokolun tərtib edilməsinə dair bildiriş ümumiyyətlə bizə çatmamışdır və bu səbəbdən biz həmin görüşdə iştirak edə bilməmişlər. DƏMX isə məktubun bizə çatıb-çatmadığını dəqiqləşdirmədən, prosessual hüquqları kobud şəkildə pozaraq iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata başlamış və barələrində inzibati xəta haqqında protokol tərtib etmiş və bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X7 direktoru olduğu "xxxx" MMC barəsində daha öncə də əsassız olaraq İXM-nin 192.1-ci maddəsi üzrə adı çəkilən səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qəbul edilmişdir. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokol Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 3(0051-2134/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, daha sonra bu qərardan DƏMX tərəfindən sikayət verilməsinə baxmayaraq Bakı Apellvasiva Məhkəməsinin 3(1031- 1730/2024 saylı, xx.xx.2024-ciı il tarixli qərarı ilə ləğv edilmiş və həmin inzibati xəta haqqında protokol əsasında başlanılmış is üzrə icraata xitam verilmişdir (qoşmaya əlavə edilir). Habelə, eyni əsaslarla vəzifəli şəxs barəsində səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərar Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-l797/2024 saylı qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir (qoşmaya əlavə edilir). Həmçinin, X14 və X6 xx.xx.2025-ci il tarixindən, X9 isə xx.xx.2025-ci il tarixindən hazırkı tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmələri əsası ilə DƏMX tərəfindən protokol tərtib edilmiş və qərar qəbul edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəmsinə göndərilmişdir. Lakin məhkəmənin 3(005)-578/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən protokol əsassız olduğu üçün geri qaytarılmışdır. Adı çəkilən səlahiyyətli orqanın isin mahiyyəti araşdırmadan, heç bir sübut olmadan, əsassız səkildə hər hal üçün bu tinli protokol və va qərarları tərtib etməsi məhkəmənin də is yükünü artırır. Bütün yuxanda sadalanan hallar onu sübut edir ki, “Evakuator.AZ" MMC-nin direktoru X12 tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Artıq dəfələrlə tərəfindən əvvəlcə əsassız olaraq eyni məzmunda ünvana gələn inzibati xəta haqqında protokollar barədə yazılan etirazlar, daha sonra isə inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətlərin yazılması, məhkəmədə vəkilin iştirakı üçün hüquqi xidmətə görə müəyyən vəsait xərclənməsinə səbəb olur. Məlum olduğu kimi həmin vəsait iş üzrə icraata xitam verilməsinə, yəni şikayətin əsaslı olmasına baxmayaraq, heç vaxt geri qaytarılmır. Həmçinin, dəfələrlə tərəfinən bu tipli qərarlardan şikayət verilərək, inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə baxmayaraq X15 oxşar tipli qərarların tərtib edilməsinə davam edir və bunun nə qədər müddət davam edəcəyi məlum deyil. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli, 3(060)-1797/2024 saylı qərarından görünür ki, X7 şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 3(005)-2134/2024 saylı qərarından görünür ki, “Evakuator.AZ" MMC-nin əməlində Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X13 “Evakuator.AZ" MMC-də xx.xx.2023-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X20 “Evakuator.AZ" MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 “Evakuator.AZ" MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, vətəndaşlar X20 və X10 xx.xx.2025-ci il tarixdən, X13 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək "xxxx" MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsi işlərinə cəlb edilmişdir. X4 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, bu müqavilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı isə X12 ilə X20, X10 və X13 arasında əmək münasibətlərinin yaranması, yəni sonuncuların müəyyən işlərin görülməsinə cəlb olunması hallarını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X7 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsi, həmçinin X20 , X10 və X9 işəgötürmə ilə bağli müsabiqələrdə iştirak etmələri kimi hallara qiymət verib –vermədiyini müəyyən etmək olmur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-in: 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, X12 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün deyil. Baxmayaraq ki, İXM-in 8.2-ci maddəsinə əsasən sübutetmək yükü inzibati orqanın üzərinə düşdüyündən və məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən X7 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X12 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün olmadığından inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqi xidmətə görə tələb olunan 300 manat olunan məbləğin X15 Xidmətindən tutulması hissədə şikayət təmin olunmamalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. X1 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar