Məhkəmə qərarları › İş №3(005)-795/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-795/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-795/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs-Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsi-X1 iştirakı ilə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Polis İdarəsi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə AP ******* nömrəli 25 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs-Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsi-X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, polis idarəsindən daxil olmuş sorğu tərəflərindən cavablandırılaraq nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumat verilmişdir. Qeyd etmişdir ki, Polis İdarəsindən 03.02.2022-ci il tarixdə poçt vasitəsilə hər-hansı sorğu daxil olmamış və tərəflərindən imza edilməklə sorğu qəbul etməmişlər. Odur ki, hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN-nin DYP WEB Portalından çıxarışdan görünür ki, 01.12.2021-ci il tarixdə hüquqi şəxsin mülkiyyətində olan TOYOTA COROLLA minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Ə. Əbdülrəhimov küçəsi ilə Ata-Türk prospektinin kəsişməsində olarkən yol nişanlarının tələblərinə riayət etməmiş və bununla da AR İXMnin 327.1-ci maddəsində nəzərdə tutulan xəta törədilmişdir. Sənədin rəsmi verilməsinə dair kötükdən görünür ki, qeyd olunan məktub hüquqi şəxsin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 03.02.2022-ci il tarixdə “Alıyev Eloğlu adlı şəxs tərəfindən imza edilməklə qəbul olunmuşdur; Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Bakı Şəhər Halqası Əməliyyat Şirkəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin ünvanına balansında olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında sorğu onlara daxil olmamış, yəni həmin sorğunun hüquqi şəxs tərəfindən rəsmi qaydada alınmasına dair məlumat mövcud olmamışdır.. Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar