Məhkəmə qərarları › İş №3(005)-795/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-795/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-795/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Şikayət vermiş şəxs X2, Protokol tərtib etmiş orqanın nümayəndəsi X3 iştiakları ilə, X2 Azərbaycan Yerüstü Nəqiliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqiliyyat Agentliyinin əməkdaşları tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X7 şikayətin əsassız olduğunu şikayət vermiş qərarın mövcud olmadığını ləğv olunduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqiliyyat Agentliyinin web Portalının çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixli, AYN ******* nömrəli qərara əsasən «Lexus LX570» minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olan X6 Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, X1 AYN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etməsinə baxmayaraq, AYN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar mövcud olmamışdır. Hazırki şikayətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən qəbul edilmiş qərarın ləğv olunması göstərilsə də qərarın mövcud olmadığı müəyyən olunduğundan məhkəmə hesab edir ki, şikayətə baxılmadan onu verən şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar