Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-797/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Musayeva Zəhraxanım Şahin qızıının katibliyi ilə, Şikayət vermiş şəxs X1 vəkili X4, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 sentyabr 2022-ci il tarixdə X7yla ünvan 1 ünvanında yerləşən 60.4 kv/m sahəsi olan qeyri yaşayış sahəsini icarəyə götürməklə bağlı müqavilə bağlamışdır. Ondan əvvəlki icarəyə götürən ona məxsus əşyaları götürmək üçün vaxt istəmişdi. Onun əşyalarını götürməsini gözləyirdi ki, həmin obyekti təmir etdirməlidir. Ondan əvvəlki icarəyə götürən aralarında olan razılığa əsasən xx.xx.2022-ci il tarixdə ona məxsus əşyaların müəyyən hissəsini götürdü, lakin qalan hissəsini qısa zamanda götürəcəyini bildirdi. xx.xx.2022-ci il tarixdən həmin sözü gedən obyektdə təmir təmizlik işləri görməyə başlamışdır. 23 sentyabr 2022-ci il tarixdə Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Operativ Vergi Xidmətinin Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsinin əməkdaşları həmin qeyri yaşayış sahəsinə gələrək yoxlama apardı. Həmin zaman mən onlara hazırda heç bir fəaliyyətlə məşğul olmadığını hazırda obyekt sahibi və ondan əvvəlki icarəyə götürənlə təhvil təslim etdiyini, obyektdə təmir və təmizlik işlərinin aparıldığını onlara göstərərək bildirmişdir. Lakin onlar əhəmiyyət vermədilər. Azəbaycan Respublikasının Səhiyyə Nazirliyi xx.xx.2022-ci il tarixdə barəsində inzibati protokol tərtib edilmişdir. Həmin protokola əsasən qəbul olunmuş qərar o, 01 noyabr 2022-ci il tarixdə çatıb. Azəbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 01 noyabr 2022-ci ii tarixdə gələn məktubu oxuduqda bilmişdir ki, o, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə 2000 manat cərimə olunmuşdur. Lakin, o, həmin zaman və həmin vaxtdan bir müddət sonra da fəliyyətlə məşğul olmamışdır. Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Operativ Vergi Xidmətinin Nazirliyinin əməkdaşları tərəfindən icarəyə götürdüyüm obyektdə yoxlama apardıqları zaman və ona inzibati protokol yazılan zaman o, orada heç bir fəaliyyət göstərməmişdir. 1. Fəaliyyətə bütün sənədlərini (VÖEN açdırdıqdan, işçilərlə əmək müqaviləsi bağladıqdan, kassa aparatı qoyduqdan və digər zəruri sənədləi) hazırladıqdan sonra faliyyətə başlamışdır. 2. O, 8 saylı Ərazi Vergilər İdarəsində 27 sentyabr 2022-ci il tarixdə № ********** nömrəli VÖEN-lə qeydiyyata alınmışdır. Təmir, təmizlik işləri başa çatdıqdan sonra 2022-ci ilin oktyabr ayının 20-dən sonra fəaliyyətə başlamışdır. 3. Həmin obyektdə obyekti icarəyə götürdüyü vaxdan etibarən və hazırda da heç bir tibbi fəaliyyətlə məşğul olmur. 4. Sözügedən qeyri yaşayış sahəsinə Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Operativ Vergi Xidmətinin əməkdaşları gəlmişdi. 5. Yoxlama aparılmayıb. Gəlib öz bildiklərini deyib çıxıb getdilər. 6. Azəbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən sözügedən obyektdə yoxlama, araşdırma aparılmayıb. Ümumiyyətlə Azəbaycan Respublikasmm Səhiyyə Nazirliyinin heç bir əməkdaşı həmin obyektə gəlməyib. 8. Azəbaycan Respublikasmm Səhiyyə Nazirliyi tərəfindən 10 oktyabr 2022-ci il tarixdə barəsində tərtib olunmuş MN № ******* nömrəli inzibati protokol və onun əsasında 2000 manat cərimə olunmağı barədə 19 oktyabr 2022-ci il tarixdə qəbul olunmuş MN ******* saylı qərar əsassız və qanunsuzdur. 9. Təmir və təmizlik işləri görülən zaman və bunu görə-görə mənə fəaliyyətlə məğul olduğumu demək qərəzdən başqa yanaşma deyil. Ona görə də Azəbaycan Respublikasının Səhiyyə Nazirliyinin 19 oktyabr 2022-ci il tarixli MN № ******* saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 vəkili X8 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs X5 ilə salonun əvvəlki sahibi arasında təhviltəslim işləri aparıldığı dövrdə vergi yoxlaması aparılmışdır. Yoxlama aparılarkən salon fəaliyyətə başlamamışdır. Həmçinin təqdim edilmiş foto şəkillərin bir qismi həmin salona aid deyil, orada çəkilməmişdir. Hesab edirlər ki, pozuntunun olub-olmaması araşdırılarkən nazirliyin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilməli idi. Araşdırma səthi aparılmışdır. Bu səbəbdən şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Vergilər Nazirliyinin əməkdaşları tərəfindən yoxlama aparılmış və aparılmış yoxlama zamanı əldə edilmiş materiallar araşdırılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Araşdırma zamanı Mirvari xanımın izahatı alınmış və o özü də salonun 2 gündür ki fəaliyyətə başladığını etiraf etmişdir. Bu halda hesab edir ki, X1 barəsində tərtib edilmiş protokol və onun əsasında çıxarılmış inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2022ci il tarixli qərar əsaslıdır. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X11 tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “EF” Beauty Salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti (lazer epilyasiyası aşkar edildiyi) aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X13 tərəfindən qəbul edilmiş 19 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, ünvan 3 ünvanında yerəşən “EF” Beauty Salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti göstərilməsi faktı aşkar edilməmişdir. M.Hüseynova lazer epillyasiyası aparatını lisenziya olmadan istifadə etmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə hesab edir ki, sübut kimi təqdim edilmiş foto-şəkillərin həmin salona aid olub-olmaması məsələsi, həmçinin salonda yoxlama aparıldığı vaxtda lazer fəaliyyəti ilə bağlı xidmətlərin göstərilib-göstərilməməsi məsələsi araşdırılmalıdır. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X5 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, X5 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X11 tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X13 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X11 tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-797/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-797/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver