Məhkəmə qərarları › İş №3(005)-8/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-8/2021

06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-8/2021 06.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibat tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 nümayəndəsi X2, Şikayət vermiş şəxs X3 iştirakları ilə, xx xxxxxx 2019-cu il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair X6 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 vəsatətlə məhkəməyə müraciət edərək xx xxxxxx 2019-cu il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, inzibati məsuliyyətə cəlb olunmağı barədə xx.xx.2019-cu il tarixli, EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunması barədə qərar qəbul edilməsi məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Lakin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1690/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadına əsasən tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət qanunla müəyyən edilmiş (İXM-57) 10 günlük müddətdə verilməmiş, eyni zamanda (İXM 130.2) müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı tərəfindən vəsatət məhkəməyə təqdim edilməmişdir. Məlumat üçün bildirir ki, DİN-nin BDYPİ tərəfindən inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş qərarlar ona rəsmi qaydada təqdim edilməmiş, ümumiyyətlə həmin qərarlar barədə məlumatı olmamışdır. Bu yaxınlarda Dövlət Yol Polisi əməkdaşları tərəfindən idarə etdiyi avtomobil saxlanıldıqdan sonra ona məlum olmuşdur ki, onlar tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Bu səbəbdən hesab edir ki, qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətlər üçün İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddətlər tərəfindən ötürülməmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməmiş hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1863/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardadına əsasən xx xxxxxx 2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X6 tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2108/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən X3 apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin X3 şikayəti üzrə qəbul etdiyi 3(005)-1863/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 vəsatətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibat tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, X6 idarə etdiyi “TOYOTA LAND CRUİSER PRADO” minik markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə saat 10:38 radələrində hərəkət edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2019-cu il tarixdə İnformasiya Sisteminə yerləşdirilmiş və elə həmin gün, yəni xx.xx.2019-cu il tarixdə də X3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə bildiriş göndərilmişdir. İnformasiya Sistemində olan məlumata əsasən qeyd olunan bildiriş X4 xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Hesab edirlər ki, X6 tərəfindən verilmiş vəsatət əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan İnformasiya Sistemindən çıxarışdan görünür ki, X3 barəsində qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarla bağlı xx.xx.2019-cu il tarixdə X3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ********* nömrəli bildiriş (Göndərilmə tarixi - xx xxxxxx 2019; Çatma tarixi - xx xxxxxx 2019) göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, xx xxxxxx 2019-cu il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair X6 tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. X1 tərəfindən mübahisələndirilən qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini üzrlü hesab etməyə əsas verən hər-hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2108/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Daxili İşlər Nazirliyi Baş Dövlət X9 xx xxxxxx 2019-cu il tarixli, EQ ******* nömrəli qərarının X4 rəsmi qaydada verilməsi aydınlaşdırılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X6 tərəfindən xx.xx.2019-cu il tarixdə törədilmiş və xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar İXM-nin 122.1-ci maddəsinin tələblərinə əsasən real vaxt rejimində, yəni xx.xx.2019-cu il tarixdə elektron qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya sistemi olan “ASAN ödəniş” sisteminə göndərilmişdir. Eyni zamanda “ASAN ödəniş” sistemi tərəfindən xx.xx.2019-cu il tarixdə dərhal X3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə İXM-nin 125.2.2-ci maddəsinin tələblərinə uyğun SMS məlumatı göndərilmiş və SMS məlumatı elə həmin gün, yəni xx.xx.2019-cu il tarixdə X4 çatmışdır. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Məhkəmə hesab edir ki, X3, onun barəsində qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan məlumatı olmuşdur və o, həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən bu Məcəllənin 125.2.2-ci maddəsində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində məhkəməyə şikayət edə bilərdi. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, X6 tərəfindən xx xxxxxx 2019-cu il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1, 125.2.2, 126.1 və130.3-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 2019-cu il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair X6 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov Məhkəmə iclas katibi: Elçin Hüseynov İş № 3(005)-1863/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakışəhəri Nərimanov Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il Bakı şəhəri Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakları ilə, xx xxxxxx 2019-cu il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair X6 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxılır. Sədrlik edən Azərbaycan Respublikası İXM-in 112.1.1-ci maddəsinə əsasən saat 16:00-də məhkəmə iclasını açaraq hansı işə baxıldığını elan edir. Sədrlik edənin göstərişi əsasında Azərbaycan Respublikası İXM-in 112.1.2-ci maddəsinə əsasən məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, şikayət vermiş şəxs gəlmişdir. Qərarından şikayət vermiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Sədrlik edən proses iştirakçısından qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan davam etdirilməsinin mümkünlüyünü araşdırır. Şikayət vermiş şəxs məhkəmə iclasının təxirə salınmasını və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakının təmin edilməsini xahiş etdiyini bildirir. Sədrlik edən yerində müşavirə edərək Qərara aldı: -Məhkəmə iclası qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakının təmin edilməsi məqsədilə xx xxxxxx 2021-ci il tarixdə saat 10:45-dək təxir edilsin. Məhkəmə iclası barədə proses iştirakçılarına məlumat verilsin. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Vüsal Qurbanov Məhkəmə iclas katibi: Elçin Hüseynov İş № 3(005)-1863/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakışəhəri Nərimanov Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il Bakı şəhəri Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, xx xxxxxx 2019-cu il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair X6 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxılır. Sədrlik edən Azərbaycan Respublikası İXM-in 112.1.1-ci maddəsinə əsasən saat 14:30-da məhkəmə iclasını açaraq hansı işə baxıldığını elan edir. Sədrlik edənin göstərişi əsasında Azərbaycan Respublikası İXM-in 112.1.2-ci maddəsinə əsasən məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Sədrlik edən məhkəmə iclasının tərəflərin iştirakları olmadan davam etdirilməsinin mümkünlüyünü araşdırır. Sədrlik edən yerində müşavirə edərək Qərara aldı: -Məhkəmə iclası tərəflərin iştiraklarının təmin edilməsi məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 16:00-dək təxir edilsin. Məhkəmə iclası ilə bağlı proses iştirakçılarına məlumat verilsin. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Vüsal Qurbanov Məhkəmə iclas katibi: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar