Məhkəmə qərarları › İş №3(005)-800/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-800/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-800/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X1 vəkili Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X10 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 13 fevral 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan "xxxx" MMC-nin direktoru X1 vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: "xxxx" MMC-nin direktoru X1 vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 13 fevral 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X5 inzibati tənbeh vermə haqqında MN № ******* saylı 13 fevral 2025-ci il tarixli qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X5 inzibati tənbeh vermə haqqında MN № ******* saylı 13 fevral 2025-ci il tarixli qərarın müəyyən etdim hissəsinə əsasən X6 xx.xx.2025-ci il tarixdən, X13 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında "xxxx" MMC tərəfindən əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən inzibati xətanın əsası olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatları göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X5 inzibati tənbeh vermə haqqında MN № ******* saylı 13 fevral 2025-ci il tarixli qərarı poçt vasitəsilə 07 mart 2025-ci il tarixdə rəsmi olaraq çatdırılmışdır. Lakin poçt zərfindən göründüyü kimi poçt xidməti məktubu çoxdan almış lakin vaxtında çatdırmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, inzibati xəta haqqında qərar əsassızdır. Belə ki, X6 xx.xx.2025-ci il tarixdən, X13 xx.xx.2025-ci il tarixdən "xxxx" MMC-də işləmir və bununla bağlı həmin şəxslərin müvafiq ərizələri şikayətə əlavə edilmişdir. Bundan başqa qeyd edilir ki, şəxslərin qanunsuz işləməsinin sübutu olaraq sistem üzərindən buraxılışların olması onların qeyd edilən şirkətdə işləməsinin sübutu ola bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X5 inzibati tənbeh vermə haqqında MN № ******* saylı 13 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs şikayət vermiş şəxs X1 vəkili Nümayəndə şikayətə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, hüquqi şəxs kimi "xxxx" MMC-mim inzibati xətanı törətməsinin təsdiq olunmadığını bildirərək işin yenidən araşdırma aparılması məqsədilə müvafiq orqana göndərildiyini söyləmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X17 qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 13 fevral 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. X14 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdən etibarən "xxxx" MMC-dən öz ərizəsi əsasında çıxdığını, bir daha ora geri qayıtmadığını və heç kim tərəfindən işlədilmədiyini, "xxxx" MMC-dən və digər şəxslərdən bununla bağlı şikayət və tələbinin olmadığını bildirmişdir. X7 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdən etibarən "xxxx" MMC-dən öz ərizəsi əsasında çıxdığını, bir daha ora geri qayıtmadığını və heç ki tərəfindən işlədilmədiyini, "xxxx" MMCdən və digər şəxslərdən bununla bağlı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru Elvin Əhmədzadə tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X2 xx.xx.2025-ci il tarixdən, X8 xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X12 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən adları qeyd edilən şəxslərin həqiqətən də işğaldan azad edilmiş rayonlara əmək müqaviləsinə xitam verildikdən sonra gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtərəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı məhkəmədə tədqiq edilən X9 və X3 notarial qaydada təsdiq edilmiş ərizələrindən dən aydın olur ki, işdən azad olunduqdan sonra şirkət tərəfindən heç bir işə cəlb edilməmişlər. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, "xxxx" MMC-nin direktoru X4 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 13 fevral 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar