Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-802/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi EMİS vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş 18 mart 2025-ci il tarixli, 3(005)-802/2025 nömrəli bildirişə Şəxsndə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə cərimə müəyyən edilmişdir. Qeyd edir ki, Şəxsnə indiki tarixədək Bakı şəhər Xətai Rayon Polis İdarəsində və əlaqəli digər qurumlardan hər hansı sorğu daxil olmamışdır. Bu barədə məlumat sorğulandığı ilk dəfə məhkəmə tərəfindən daxil olmuş bildiriş əsasında müəyyən edildiyindən sözügedən nəqliyat vasitəsinin təhkim olunduğu işçi barədə müvafiq məlumatları və sənədləri təqdim edir. (Sürücü:X1, AE813331). Əlavə olaraq qeyd edir ki, şirkətə aid nəqliyyat vasitələrini idarə edən sürücülər barədə məlumatlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq portalına daimi olaraq öncədən yerləşdirilir. Hazırkı məhkəmə işi üzrə adı qeyd olunan nəqliyyat vasitəsi üzrə məlumatlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq portalına xx.xx.2025-ci il tarixində daxil edilmişdir, iş üzrə materiallardan isə aydın olur ki, qeyd olunan inzibati xəta xx.xx.2025-ci il tarixində törədilmişdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2025-ci il tarixində törədilmiş inzibati xəta üzrə cərimə tərəfindən ödənilmişdir. Hazırda hər hansı bir cərimə və ya borcu yoxdur. Qeyd olunanları nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxsndən sorğu ilə səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş müddətdə “X2 yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməsi tələb edilmiş, sorğu həmin ünvanda xx.xx.2025-ci il tarixdə MMC-nin nümayəndəsi “Ağaşirinov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilsə də, göndərilmiş sorğuya qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab verilməmişdir. Bununla da Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin etiraz ərizəsinə münasibətdə isə qeyd edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin portalına xx.xx.2025-ci il tarixdə MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrinin istifadəçilərinə dair məlumatların müvafiq sorğu daxil olanadək göndərilməsi səlahiyyətli orqanın hazırki sorğusuna 5 gün müddətində cavab verilməsi anlamına gəlmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin məzmunundan da görünür ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində göndərilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-802/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-802/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver