Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-803/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X1 Nərimanov Rayon DYPŞ-nin xx.xx.2023 tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul etdiyi TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 Nərimanov Rayon DYPŞ-nin xx.xx.2023 tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul etdiyi TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla bağlı şikayətinin qeydə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, X3 xx.xx.2023-cü il tarixli ərizəsini qanunvericiliyin tələbləblərinə zidd olaraq hazırlamışdır. Belə ki X3 ərizəsinin məzmununda şikayətini əsaslandırmamış və Nərimanov Rayon DYPŞ-nin qəbul etdiyi qərardan şikayətin nədən ibarət olmasını və məhkəmədən xahişini qeyd etməmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam və yalnış şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Nərimanov Rayon DYPŞ-nin xx.xx.2023 tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul etdiyi TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Nərimanov Rayon DYPŞ-nin xx.xx.2023 tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul etdiyi TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-803/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-803/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver