Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-803/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan "xxxx" MMC-nin rəhbəri tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi "xxxx" MMC-nin rəhbəri X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı daxil olmuşdur. Qeyd etmək lazımdır ki, X4 xx.xx.2023-cü il tarixdə ərizə ilə "xxxx" MMC-yə müraciət edərək satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Həmin tarixdə X4 ilə əmək müqaviləsi və tam maddi məsuliyyət müqavilələri bağlanmış, vəzifə təlimatı izah edilmişdir. xx.xx.2023-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə X2 istifadə edilməmiş məzuniyyətin son haqq-hesabı ödənilməsi qeyd edilmişdir. Qoşmaya əlavə edilmiş bank çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixində son haqq-hesab ödənişi X2 hesabına köçürülmüşdür. Həmçinin xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə daxil olmuş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin sorğusuna əsasən xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilənlər qeyd edilmiş məktub rəsmi qaydada göndərilmişdir. xx.xx.2024-cü il tarixli sorğuya qoşma olaraq əlavə edilmiş müraciət ərizəsində imza və tarix qeyd edilməmişdir. X2 həmin ərizəsi hüquqi qaydalara zidd tərtib edilməsinə baxmayaraq müvafiq araşdırma aparılmışdır. Lakin görülən sübutlara baxmayaraq xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi protokolu müdafiə edərək bildirmişdir ki, işçinin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin son haqq hesabın ona həmin gün ödənilmədiyini bildirmişdir. Bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən şikayət vermiş şəxs Natəvan İbrahimova şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, X2 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmrlə xitam verilmişdir və bankdan təqdim edilmiş hesabdan çıxarışdan da aydın olur ki həmin tarixdə ona haqq hesab ödənilmişdir. Şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı və ******* nömrəli “İnzibati Tənbeh vermə haqqında” qərarının ləğv edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında qərardan görünür ki, İbrahimova Natəvan tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin rəhbəri tərəfindən təsdiq edilən xx.xx.2023-cü il tarixli, 161 nömrəli əmək müqaviləsindən görünür ki, satış departamenti/satış şöbəsi bölməsində satıcı-kassir vəzifəsində işləyən X4 ilə bağlanmış 2EAMYHR000200 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2. “b” - əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmçinin işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər istifadə edilməmiş 3.63 məzuniyyəti gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi malliyə şöbəsinə həvalə edilmişdir. Azərbaycan Beynəlxalq Bankəndan əldə edilmiş hesab çıxarışından görünür ki, X1 hesabına sonuncu dəfə pul xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanladığı müraciətində də əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyini qeyd etmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, "xxxx" MMC-nin rəhbəri X3 tərəfindən X2 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmiş və həmin tarixdə də bank hesabına məzuniyyət pulu köçürülmüşdür. Bu səbəbdən də müəssisənin rəhbəri barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin rəhbəri X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-803/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-803/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver