Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-806/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə MN ******* nömrəli 02 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxsnə məxsus stamotoloji kabinetdə 02.04.2021-ci il tarixdə saat 12:55-də plandankənar yoxlama aparılarkən ortodentik işlərin aparılması faktı aşkar edilmişdir. Bununla da MMC tərəfindın İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən pozuntunun törədilməsinə yol verilməmişdir. Qeyd etmişdir ki, sübutetmə vəzifəsi səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən törədilməsi ehtimal olunan pozuntunun mövcud olmasını təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Şəxs MMC qeyd olunan ünvanında qanunla müəyyən olunmuş qaydada öz nizamnaməsinə və lisenziyasına əsasən fəaliyyət göstərir. Protokol yalnız yoxlayıcının mülahizəsi ilə qərəzli və qeyri-obyektiv olaraq tərtib olunmuşdur. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 publik hüquqi şəxsin əməkdaşlarının və sahibkarın adı X2 iştirakları ilə tərtib olunmuş 02 aprel 2021-ci il tarixli 108 saylı plandan kənar yoxlama aktından görünür ki, həmin tarixdə saat 12:55-də Şəxsndə plandan kənar yoxlama aparılmışdır. Yoxlama aparılarkən lisenziya şərtlərinə riayət olunması ilə əlaqədar lisenziyanın tələblərinə riayət edilib-edilməməsi, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis (lər)ini sertifikasiyaya cəlb edib-etməməsi, habelə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirilib-keçiriləməməsi yoxlanılmışdır. Yoxlama zamanı müəssisədə qeydiyyat jurnalları, bakterisid lampaların istifadəsi, alətlərin sterilizasiyasının jurnalları qaydalara uyğun aparılmır. Tibbi tullantıların utilizasiyası və tibbi avadanlıqların standartlaşmadan keçməsini təsdiq edən sənədlər təqdim olunmamışdır. Həmçinin müəssisədə ortodontik işlər aparılması aşkar edilmişdir. Belə ki, bununla əlaqədar ortodentik materiallar mövcuddur. X1 şifahi izahatında ortodentik işlərin aparıldığını bildirdi. AR Səhiyyə Nazirliyi X3 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 17.03.2021-ci il tarixli 117 nömrəli qərardan görünür ki, Şəxsndə plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. AR İqtisadiyyat Nazirliyindən “X3” X9 daxil olmuş Şəxs barəsində olan məlumatdan görünür ki, MMC tərəfindən ixtisas növləri üzrə görülən işlər terapevtik stomatoloji və ortopedik stamotoloji işlərdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 publik hüquqi şəxsin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı MMC-yə məxsus klinikada yerləşən tibbi otaqlarının dolablarında ortodontik stamotoloji fəaliyyətlə əlaqədar olan tibbi ləvazimatları aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən stamotologiya və ortodontik stamoloji xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-806/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-806/2021
30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver