Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-806/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Zərərçəkmiş şəxs (tələbkar) "xxxx" MMC-nin qanuni təmsilçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 12:00-də ünvan 1 ünvanında borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Kommeriya Məhkəməsinin 2-2(82)-1089/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış borc öhdəliyi ödənilməsi tələb olunmuş, lakin borclu ödəniş etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icra müqaviləsinə vaxtından əvvəl xitam verilməli, "xxxx" MMC icraə müqaviləsinin obyekti olan ünvan 3 ünvanında yerləşən 173.1 kv.m ümumi sahəsi olan 1 saylı qeyri-yaşayış sahəsindən çıxarımalıvə həmin sahə "xxxx" MMC-yə təhvil verilməlidir. Borclu "xxxx" MMC-dən 01,05.2019-cu il gtarixdən qətnamə çıxarıldığı günə qədər olan müddət üçün cəmi 10709,67 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunnu əvəzi olaraq 25 manat məbləğində pul tutulmalıdır. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5 manat hissəsi tələbkara aid edilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu "xxxx" MMC-yə göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman bank hesablarının olması müəyyən edilmiş xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü 11 tarixlərdə inkasso sərəncamları qoyulmuş, lakin borcluya məxsus bank hesablarında nağd pul vəsaiti olmadığı üçün inkasso sərəncamları icra olunmadan geri qaytarılmış, həmçinin borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamaışdır. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsindəJxx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Nərimanov rayon Məhkəməsinə təqdim edilmiş məhkəmənin 3(005)-1343/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən 1200 manat inzibati cərimə olunmuşdur. Məlum icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs yaranmış borcu 10739,67 manat təşkil edir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o məhkəmə qərarının icrasından boyun qaçırmır, maddi vəziyyəti yaxşı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Qarşı tərəf razılığa gələrsə hissə-hissə ödəməyə çalışar. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X4 bildirmişdir ki, o borcunu tam şəkildə ödənilməsini tələb edir. Hazırda şikayətçisidir. Buna börə də Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icra müqaviləsinə vaxtından əvvəl xitam verilməli, "xxxx" MMC icraə müqaviləsinin obyekti olan ünvan 3 ünvanında yerləşən 173.1 kv.m ümumi sahəsi olan 1 saylı qeyriyaşayış sahəsindən çıxarıması, həmin sahə "xxxx" MMC-yə təhvil verilməsi, həmçinin borclu "xxxx" MMC-dən 01,05.2019-cu il gtarixdən qətnamə çıxarıldığı günə qədər olan müddət üçün cəmi 10709,67 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunnu əvəzi olaraq 25 manat məbləğində pul tutulması və iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5 manat hissəsi tələbkara aid edilməsi nəzərdə tutulmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin "xxxx" MMC-nin tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək borcunu ödəməmişdir. Bundan başqa məhkəmə qərarı ilə borcun hissəhissə ödənişi nəzərdə tutulmamışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hil-Vip” MMC-nin rəhbəri Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-806/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-806/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver