Məhkəmə qərarları › İş №3(005)-81/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-81/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-81/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 27 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 2115250.00 Rusiya rublu məbləğində vəsaiti 14 dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) ildən artıq müddət keçsə də, 2115250.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 15 dekabr 2022-ci il tairxəd hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili və nümayəndəsi Nümayəndə oğlunun izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı 27 dekabr 2022-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə Şəxs MMC barəsində inzibati protokol tərtib edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsirə təqdim etmişdir. Tərtib edilmiş protokolu onunla əsaslandırılmışdır ki, Şəxs Şirkəti 2115150.00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2020-ci il tarixində xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Hesab edirlər ki, qeyd edilən mallar və xidmətlər Şəxs Şirkətindən asılı olmayan səbəbdən (qarşı tərəfin öhdəliyi icra etməməsinə görə), yəni təqsiri olmadığına görə ölkəyə idxal edilmədiyindən tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Belə ki, "xxxx" MMC ilə "xxxx" Şirkəti arasında 04 dekabr 2020-ci il tarixində 5847/12 saylı satış müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Satıcı müqavilədə göstərilən məhsulları satır, alıcı da öz növbəsində alır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, satıcı müqavilədə göstərilmiş məhsulları 10 aprel 2021-ci il tarixə qədər çatdırmağı öhdəsinə götürmüşdür. Lakin satıcı tərəfindən müqavilədə göstərilən məhsullar bu günə qədər "xxxx" MMC-yə təhvil verilməmişdir. Bununla əlaqədar Alıcı tərəfindən Rusiya Federasiyasının müvafiq məhkəməsinə müraciət edilmiş və 1 ildən çoxdur ki, məhkəmə prosesi davam edir. Bu da bir daha Müqavilə üzrə malların onlardan asılı olmayan səbəbdən idxal olunmadığını və ödənişin geri qaytarılmadığını təsdiqləyir. Həmçinin qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən köməklik göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə xx.xx.2021-ci il tarixində rəsmi müraciət edilmişdir. Göstərilən xüsusatlar bir daha malların "xxxx" MMC-dən asılı olmayan səbəbdən idxal olunmadığını və ödənişin geri qaytarılmadığını təsdiqləyir, eyni zamanda inzibati xətanın törədilməsində təqsirinin olmadığını sübut edir. Göründüyü kimi “AZBİODİNAKİMA" MMC nəinki hər hansı xeyir əldə etmiş, əksinə ziyan etmiş və hazırda da məcbur qalaraq məhkəmə prosessinə cəlb edilmişdir ki, bu da istənməyən əlavə xərclərinin yaranmasına səbəb olmuşdur. Malların idxal olunmaması və ya məbləğin geri qaytarılmaması "xxxx" MMC-nin iradəsindən asılı olmayan səbəblərdən, (qarşı tərəfin öhdəliyi icra etməməsinə görə) baş tutmamışdır ki, bu isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi "xxxx" MMC-nin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolunun ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan "xxxx" ASC-nin 19 dekabr 2022-ci il tarixli, 13002-01/86 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarınınaparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə müvafiq olaraq xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədlər təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Ödəniş tapşırığından görünür ki, Şəxs MMC 2115250.00 Rusiya rublu məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. İş materiallarında olan Rusiya Federasiyası Voronej Vilayət Arbitraj Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardaddan görünür ki, Şəxs MMC-nin "xxxx" şirkətinə qarşı qaldırdığı iddia üzrə iş məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, həmçinin Şəxs MMC-nin nümayəndəsinin irəli sürdüyü “inzibati xətanın onların iradəsindən asılı olmayan, qarşı tərəfin iş üzrə müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən törədilməsi” dəlilinə dair qeyd edir ki, hazırki halda qeyd edilən xüsusat iş üzrə mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, Rusiya Federasiyası Voronej Vilayət Arbitraj Məhkəməsinin (rus dilində təqdim edilmiş) 30 avqust 2021-ci il tarixli qərardadından yalnız Şəxs MMC-nin "xxxx" şirkətinə qarşı qaldırdığı iddia üzrə işin məhkəmənin icraatına qəbul edilməsi aydın olur, lakin həmin məhkəmə icraatı nəticəsində "xxxx" şirkəti ilə bağlanmış müqavilə üzrə öhdəliklərin məhz həmin şirkət tərəfindən pozulmasını təsdiq edən yekun məhkəmə aktı mövcud deyil. Belə olan halda isə, nümayəndənin irəli sürdüyü xüsusatın həqiqiliyi öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC 14 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 2115250.00 Rusiya rublu məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 2115250.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 2115250.00 Rusiya rublu valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 423.050 Rusiya rublu (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar