Məhkəmə qərarları › İş №3(005)-817/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-817/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-817/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti rəhbəri X3 vəkili “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 16:40-da Şəxs Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayonu, Ziya Bünyadov 195-ci məhəllə ünvanında yerləşən ofisində yoxlamaya aid sənədlərin təqdim edilmədiyi faktı müəyyən olunmuşdur. Bununla da Şəxs Açıq Səhmdar Cəmiyyətinin direktoru (vəzifəli şəxsi) X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətində qanunvericiliyin tələblərinə uyğun olaraq operativ vergi nəzarəti yoxlaması keçirildiyini, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsini, eləcə də əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqavilələrinin yoxlanıldığını bildirmişdir. Yoxlama nəticəsində hər hansı pozuntunun aşkar edilmədiyini, eyni zamanda direktor tərəfindən mühasibatlıq sənədlərinin yoxlayıcılara təqdim edilmədiyini qeyd etmişdir. Bununla əlaqədar qurum tərəfindən ASC-in vəzifəli şəxsi barəsində protokol tərtib olunaraq müvafiq qərarın qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin direktoru X3 vəkili “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Vergi Məcəiləsinn 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron fayıların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 (bir) iş günü ərzində təqdim etməlidir. Şirkət tərəfindən də həmin sənədlər 602 (altı yüz iki) vərəq material Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixdə həm elektron qaydada, həm də Xidmətin özünə təqdim olunmuşdur. Buna görə də əməllərində heç bir inzibati xəta tərkibi mövcud deuildir. Bununla yanaşı "xxxx" ASC mövcud olan nəqliyyat sıxlığını nəzərə alaraq öz əməkdaşları üçün iş rejimini rəsmi əmək müqavilələrində əsasən 08:30-17:30 müəyyən etmişdir. Qeyd etməliyik ki, Əmək Məcəlləsinin 108-ci maddəsinin İ-ci hissəsinə əsasən bu Məcəllənin 91, 92 və 93~cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Növbəti günün 8 Mart Qadınlar günü olduğunu nəzərə alaraq 7 mart 2024-ci il tarixində müəssisədə qısaldılmış iş günü müəyyən edilmiş və iş saatı saat 16:30-da bitmişdir. Lakin, Dövlət Vergi Xidmətinin əməkdaşları özlərinin də qeyd etdikləri kimi xx.xx.2024-cü il tarixdə saat 16:40da müəssisəyə daxil olmuşlar. İşçiləri çıxmağa icazə verməmişlər və şəkillərdən də göründüyü kimi müəssisədə sənədlərlə tanış olmağa başlamışlar. Bundan başqa yoxlamaya əsas olmuş Qərar, Tələbnamə və Çıxarışlar isə saat 20:20-də təqdim edilmişdir və bu barədə şirkətin rəhbəri Qərarda öz qeydini aparmışdır. Qanunvericiliyin tələbi üzrə operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başlamadan vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydalarının l.İl-ci maddəsinə əsasən Vergi ödəyicisinin "Nəzarət kitabçasında vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılır. Nəzarət kitabçası olmadıqda və ya təqdim edilmədikdə tədbiri keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu barədə tədbir nəticəsinə dair tərtib edilmiş aktda müvafiq qeydlər aparılır. Qeyd etməliyik ki, müəssisədən nə Nəzarət kitabças tələb olunub, nə də ki, müvafiq akt tərtib edilmişdir. Bundan başqa ofidə sənədlərin məlumatların, elektron və kağız daşıyıcıda olduğu mühasibatlıq otağının qapısının bağladığı, açmadığı, təqdim olunan tələbnamə ilə tanış olmaqdan imtina etməsi ilə bağlı bildirmişdir ki, əvvələ iş saatı bitdikdən sonra işçilərin əksəriyyəti iş yerlərini tərk edib getmişlər. Digər tərəfdən isə, müəssisənin Baş mühasibi Fuad Zeynalovu yoxlayıcılar iş yerində saxlamış, və o yoxlayıcıların suallarını cavablandırmış və saat 17:59-da ofsi tərk etmişdir. Əgər yoxlayıcılann mühasibatlıq ilə əlaqədar əlavə sualları olsaydı və əlavə sənəd tələb olunsaydı, həmin mühasibi yoxlama bitənə qədər orada qalmasını tələb edərdilər. Ərazilərə və ya binalara daxil olmağa icazə verilmədikdə, yoxlama keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan Akt tərtib edilir. Mühasibatlıq otağının bağlı olması və ya oraya buraxılmaması ilə əlaqədar heç bir Akt tərtib edilməmişdir. Vergi xidmətinin əməkdaşları yoxlamanı 23:00dək davam etdirmiş, və zəruri sənədlərin surətlərini yaddaş kartı vasitəsi ilə götürmüşlər, bu halda video müşahidə kamerları vasitəsi ilə sübuta yetirilmişdir. Bundan başqa qanunvericiliklə müəyyən edilmiş qaydada vergi əməkdaşlarının onlardan tələb etmiş olduqları sənədləri də 01 iş günü müddətində idarəyə təqdim etmişdirlər. Qeyd edilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin böyük müvəkkili X4 07 mart 2024-cü il tarixdə saat 16:40-da Bakı şəhəri Nərimanov Rayon Ziya Bünyadov 1965-ci məhəllə ünvanda yerləşən ofisdə yoxlama zamanı tələb etdikləri sənədləri onlara təqdim etməmişlər və bu səbəbdən də Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Yoxlama saat 16:40-da başlamışdır. Protokol da eyni saatda tərtib olunmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ofisdə sənədlərin və məlumatların bir qismi ilə tanış olmuşlar. Qanunvericiliyə əsasən 1 (bir) gün müddətində tələb olunan sənədləri təqdim etməlidirlər amma müəssisənin rəhbəri tərəfindən bu barədə məlumat verilmədiyinə görə protokol tərtib edilmişdir. Mühasibatlığın otağı bağlı olmuşdur. Yoxlama ünvanını axşam saat 22:00 radələrində tərk etdiklərini bildirmişdir. İş üzrə digər şahid Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin dövlət vergi müfəttişi X5 məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin böyük müvəkkili X4 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikas Ədliyyə Nazirliyinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC barəsində Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY242089164 (operativ vergi nəzarəti) və KY242089243 (növbədənkənar səyyar vergi yoxlaması) kodları ilə qeydiyyata alınmış vergi yoxlamaları üzrə yoxlayıcı orqan tərəfindən reyestrə müraciət edilmə vaxtlarına dair məlumatın verilməsi barədə Ədliyyə Nazirliyinə daxil olmuş sorğuya əsən müəyyən edilir ki, hər iki yoxlamanın qeydiyyatı xx.xx.2024-cü il tarixli (müvafiq olaraq saat: 14:40 və 16:44) müraciətlərə əsasən aparılmışdır. Bundan başqa KY242089164 kodlu yoxlamada dəyişiklik edilməsi (yoxlayıcıları ilə bağlı) barədə xx.xx.2024-cü il tarixdə (saat 18:05) Reyestrə məlumat daxil edilmişdir. İş materiallarında olan Şəxs Açıq Səhmdar Cəmiyyəti video müşahidə kameları tərəfindən lentə almış foto şəkillərdən görünür ki, vergi xidmətinin əməkdaşları tərəfindən müəssisənin müxtəlif otaqlarında olan sənədlərə 22:25:07 radələrə kimi baxış davam etmişdir. İş materiallarında olan Şəxs Açıq Səhmdar Cəmiyyətinin işçiləri ilə bağlamış olduğu əmək müqaviləsinin nümunəsindən görünür ki, müəssisə tərəfindən iş vaxtı saat 08:30-da başlayır, saat 17:30-da qurtarır. İş materiallarında olan Şəxs Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, xx.xx.2024-cü il tarixi Beynəlxalq Qadınlar günü Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bayram günü hesab edildiyi üçün xx.xx.2024-cü il tarixdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq saat 16:30-da iş vaxtı bitməsi və Cəmiyyətin müvafiq strukturları əmrin icrasından irəli gələn digər məsələni həll etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən vergi xidməti orqanı tərəfindən tələb olunan sənədlər poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 42.1-ci maddəsinin dördüncü abzasına əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, vergi xidmətinin əməkdaşları tərəfindən operativ vergi nəzarəti yoxlaması müəssisənin faktiki iş vaxtında həyata keçirilməli olduğu halda yoxlayıcı orqanın əməkdaşları müəssisənin iş fəaliyyətinin bitdiyi vaxt, yəni 16:40-da müəssisəyə daxil olmuşlar və qanunvericiliyin tələblərini pozaraq yoxlama aparmağa başlamışlar. Bununla yanaşı yoxlama aparılması üçün zəruri sənədləri təqdim etmədikləri üçün xx.xx.2024-cü il tarixdə eyni saatda 16:40-da müəssisənin vəzifəli şəxsi barəsində protokol tərtib etmişlər. Həmçinin məhkəməyə təqdim olunan foto şəkillərdən aydın olur ki, yoxlayıcı orqanın nümayəndələri müxtəlif otaqlarda sənədlərlə tanış olur və qeydlər aparırlar. Həmin foto şəkillərdən və məhkəmədə dindirilmiş şahid ifadələrindən aydın olunur ki, onlar müəyyən sənədlərlə tanış olmuşlar, həmçinin protokolu saat 16:40-da tərtib etsələr də müəssisəni gec saatlarda təxminən 22:00 radələrində tərk etmişlər. Bundan başqa məhkəməyə təqdim olunan elektron poçt çıxarışı, eləcə də Dövlət Vergi Xidmətinin nümayəndəsinin ifadəsi təsdiq edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən vergi orqanı əməkdaşlarının tələb etmiş olduqları sənədləri qaununvericiliklə nəzərədə tutulan 01 iş günü müddətində vergi orqanlarına həm elektron qaydada, həm də poçt vasitəsi ilə təqdim etmişdirlər. Məhkəmə qeyd olunnan hallar əsasında hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X3 əməlində heç bir inzibati qayda pozuntusu mövcud deyil və bu səbəbdən də onun barəsində tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar