Məhkəmə qərarları › İş №3(005)-819/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-819/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-819/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhəri DYPİ-nin rəisi X10 tərəfindən qəbul edilmiş 09.04.2021-ci il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri DYPİ-nin rəisi X10 tərəfindən qəbul edilmiş 09.04.2021-ci il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X4 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, özünə məxsus “HYUNDAİ” AZERA minik markal ** MB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini 23.12.2020-ci il tarixdə saat 07:29 radələrində idarə edərkən Bakı şəhər DYPİ Polis X2 tərəfindən 09.04.2021-ci il tarixli TP ******* saylı qərar tərtib etmişdir. İnzibati tənbeh vermə haqqında tərtib edilmiş TP ******* saylı qərarda qeyd edilir ki, 329.1-ci maddəyə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə, 333.1-ci maddəyə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halına (hallarına) yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. O, həmin qərara etirazını bildirmiş və qərarı imza etməkdən imtina etmişdir. Nəzərə çatdırır ki, qərarda göstərilən qanun pozuntularının heç birisi onu tərəfindən pozulmayıb. Ona görə də o, bu qərarı həqiqətə uyğun olmayan ədalətsiz sənəd hesab edərək ona imza etməkdən imtina etmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. O, həmin qərardan narazıdır, onu qanunsuz, əsassız, ən başlıcası ədalətsiz hesab edir. Qeyd edir ki, o, 22.12.2020-ci il tarixdə saat 19-20 radələrində evdə istirahət edən zaman 2 bakal pivə içmişdir. Dəfələrlə bunu izah etsə də, Bakı şəhər DYPŞ-nin Yol Patrul Xidməti X1 onun sözünə məhəl qoymamış, xüsusi mülkiyyətimdə olan “HYUNDAİ AZERA” minik markalı ** MB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini cərimə meydançasına aparmışdır. O, həqiqətləri sübut etmək üçün sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün müayinədən keçmişdir. Akta əsasən bir daha təsdiq olunmuşdur ki, o, içkili deyil, onda alkoqol sərxoşluq vəziyyəti yoxdur. Maşını idarə edərkən qoruyucu kəmərdən istifadə etmişdir. Yola çıxarkən ilkin olaraq maşını işə salmamış o, qoruyucu kəməri bağlayır. Qeyd etdiklərinə əsasən Bakı şəhər DYPİ-nin rəisi X7 Azərbaycan Respublikası İXM-nin 329.1ci və 333.1-ci maddələrinə istinadən tərtib edilmiş 09.04.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri DYPİ-nin rəisi X10 tərəfindən qəbul edilmiş 09.04.2021-ci il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 23.12.2020-ci il tarixli, 2/2131 nömrəli protokoldan görünür ki, X4 23.12.2020-ci il tarixdə ayıq olmuşdur. Müayinə 23.12.2020-ci il tarixdə saat 09:31-də keçirilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X4 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 329.1 və 333.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı 27.06.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri DYPİ-nin rəisi X10 tərəfindən qəbul edilmiş 09.04.2021-ci il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar