Məhkəmə qərarları › İş №3(005)-819/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-819/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-819/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1995-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Göyçay rayonu, Ləkciplaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Mirsaleh Cavadovun 23 yanvar 2025-ci il tarixli qərarından və 02 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs 28 dekabr 2024-cü il tarixdə təxminən saat 20:40 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə saat 21.10 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Toyota Corolla" markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Z.Bünyadov prospketi ilə üzü Koroğlu metrostansiyası istiqamətində 2-ci zolaqla 20 km/saat sürətlə hərəkət edən zaman o, ikinci zolaqdan DİN-in Hospitalının yanından sağ yola yəni sağa manevr etmək istəyən zaman Z.Bünyadov prospektində avtobus zolağı ilə hərəkətdə olan Honda markalı avtomobil onun avtomobilin sağ arxa hissəsinə çırpılmışdır.O da zərbə nəticəsində yolun kənarında dayanmış Hyundai markalı avtomobilin ön sol qapısına çırpılmışdır. Hadisə zamanı o avtombildə tək olmuş və heç bir xəsarət almamışdır.Buna baxmayaraq Honda markalı avtomobildə olan sərnişin xəsarət aldığı üçün hadisə yerinə TTYS çağırılmış və daha sonra o, hadisə yerinə gələn polis əməkdaşı ilə birlikdə sərxoşluğun müayinə məntəqəsinə getmişdir.Xəsarət alan şəxs ilə bağlı heç bir məlumatı yoxdur.Hadisə zamanı onun surəti 20 km/saat olmuşdur. Həmin avtomobil yüksək sürət ilə hərəkətə etdiyi üçün o, həmin avtomobili görməmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış vətəndaş Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21.10 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Toyota Corolla" markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Z.Bünyadov prospketi ilə üzü Koroğlu metrostansiyası istiqamətində 2-ci zolaqla 20 km/saat sürətlə hərəkət edən zaman o ikinci zolaqdan DİN-in Hospitalının yanından sağ yola yəni sağa manevr etmək istəyən zaman Z.Bünyadov prospektində avtobus zolağı ilə hərəkətdə olan Honda markalı avtomobil onun avtomobilin sağ arxa hissəsinə çırpılmışdır. Təhqiqat araşdırması zamanı vətəndaş X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:40 radələrində o özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Hyundai Elantra markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Q.Murad küçəsi ilə üzü Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olarkən, yolayrıcında avtomobili sağa Z.Bünyadov prospektinə manevr etmək üçün dayandırdığı zaman Z.Bünyadov prospektindən üzü Koroğlu metrosu istiqamətində sağ zolaq ilə hərəkətdə olan Honda markalı avtomobil onunla eyni istiqamətdə hərəkətdə olan Toyota Filder markalı avtomobilə çırpılmışdır.Toyota markalı avtomobil zərbə nəticəsində onun avtomobilin sol yan hissəsinə çırpılmışdır.Hadisə zamanı o avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. Honda msarkalı avtomobildə olan sərnişin xəsarət aldığı üçün hadisə yerinə gələn TTYS-sı vasitəsilə onu xəstəxanaya aparmışlar.Hadisə zamanı o avtomobili tam olaraq dayandırmışdır. Təhqiqat araşdırması zamanı vətəndaş X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20.40 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Honda İnsayde" markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Z.Bünyadov prospekti ilə üzü Koroğlu metrostnasiyası istiqamətində köməkçi yol ilə ictimai nəqliyyat ücün nəzərdə tutulmuş yol ilə (saat 20-00 dak) 50 km/saat sürətlə hərəkətdə olan zaman Z.Bünyadov prospektində ondan sol zolağda hərəkətdə olun Toyota Filler markalı avtomobil onun hərəkət istiqamətinə çıxmış və sağa dönmək istədikdə o avtomobili saxlaya bilməyib həmin avtomobilin sağ arxa yan hissəsinə cırpılmışdır.Həmin avtomobildə zərbə nəticəsində yolun kənarında dayanımış Hyundai markalı avtomobilə çırpılmışdır.Hadisə zamanı o xəsarət almasada onun avtomobilində qabaq oturacaqda oturan adını bilmədiyi sərnişin xəsarət aldığı ücün hadisə yerinə gələn TTYS vasitəsi ilə həmin şəxsi xəstəxanaya aparmışlar.Hadisə zamanı o 50 km/saat sürəltə hərəkət etmişdir.Onun həmin avtomobillə ara məsafəsi təxminən 1.5 və ya 2 metr məsafə olmuşdur. Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Mirsaleh Cavadov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə X3 DİN 102 xidmətinə müraciət edərək, DİNin hospitalı qarşısında idarə etdiyi Hyundai markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobil, Toyota markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil və Honda markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində bir nəfər şəxsin xəsarət alması barədə məlumat vermişdir.xx.xx.2024-cü il tarixdə icraatıma 9 saylı TTYS-dan yol nəqliyyat hadisəsi zamanı 1981 -ci il təvəllüdlü X1 xəsarət alması barədə məlumat daxil olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/72978 saylı xx.xx.2024- cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Tibbi sənədlər əsasında təyin edilmiş məhkəmə-tibbi ekspertizanın 09-M saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1981 -ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət-burnunsəthi travması sıyrılmış yarası küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmamışdır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar