Məhkəmə qərarları › İş №3(005)-822/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-822/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-822/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin Yol nəqiliyyat hadisələri üzrə şöbəsinin inspektoru polis mayoru X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı Şəhəri Nərimanov Rayonu Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin Yol nəqiliyyat hadisələri üzrə şöbəsinin inspektoru polis mayoru X3 tərəfindən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati xəta nəticəsində Nissan Note markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 688 manat, X6 markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2880 manat, X6 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4000 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da o, İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Nərimanov Rayonu Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin Yol nəqiliyyat hadisələri üzrə şöbəsinin inspektoru polis mayoru X3 tərtib etmiş olduğu protokola uyğun ifadə verərək müfaviq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində protokol tərtib olunmuş şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurmuş olduğu ziyan sığorta tərəfindən qarşılanacağını qeyd etmişdir. Əməlindən peşman olmasını barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə ilə bağlı xx.xx.2024-cü il tarixli, 2/13605 nömrəli protokoldan görünür ki, Şəxs hadisəni törədərkən sərxoş vəziyyətində olmamışdır. X1 tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqiliyyat hadisəsi nəticəsidə Nissan Note markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 688 manat məbləğində ziyan dəymişdir. X1 tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsidə “X6” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2880 manat məbləğində ziyan dəymişdir. X1 tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqiliyyat hadisəsi nəticəsidə “X6” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4000 manat məbləğindəziyan dəymişdir İXM-nin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar